21.11.2024, 20:41
AZ EN
12.09.2023, 13:15 282

Elxan Şahinoğlu: "Laçın yolu ilə bağlı tələsməyə ehtiyac yoxdur"

YAZILAR
  • Sentyabrın 12-si səhər saatlarına yaxın Rusiya "Qırmızı Xaç"ına məxsus humanitar yük maşını Ağdam-Xankəndi yoluyla hərəkət edib və Xankəndinə çatıb. Bu əlamətdar hadisədir. Artıq uzun illərdən sonra bu yolun yenidən işlək hala gəlməsi üçün şərait yaranıb. Amma Rusiyaya məxsus humanitar yük bu yolla hərəkət etsə də, Azərbaycanın Qarabağdakı ermənilərə göndərdiyi yük hələ də o yoldan istifadə edə bilmir. Burdan da görünür ki, məsələ tam həll edilməmiş qalır.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bu barədə yazır:

Rusiyanın yük maşının Ağdamdan keçərək Xankəndinə yetişməsi tilsimin qırılması baxımından başlanğıc sayıla bilər, ancaq bu azdır. Bu yoldan sadəcə, Rusiyaya aid yük maşını keçib, bizim yüklər qalıb. İndi Ermənistan və Qarabağ separatçıları yenə dirənəcəklər ki, “bəs Ağdam-Xankəndi yolu açıldı, Laçın yolu da açılmalıdır”. Birincisi, Ağdam-Xankəndi yolunun işlək vəziyyətə düşdüyünü söyləmək tezdir. İkincisi, Laçın yolundan keçəcək yüklərə görə Ermənistan Azərbaycana gömrük vergisi ödəməyə razılaşacaqmı? Gömrük vergisi ödəmək üçün isə qonşu ölkənin Azərbaycanın ərazi bütövlüyünü tanıması və müvafiq ticarət sazişlərinin imzalanması vacibdir. Bunların heç biri yoxdursa, Laçın yolu ilə bağlı tələsməyə ehtiyac yoxdur.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər