22.11.2024, 21:15
AZ EN
23.08.2024, 07:00 213

Ermənistanı silahlandıran ölkələr sırasına ABŞ, Hindistan və Fransadan sonra Almaniya da qoşulub

YAZILAR
  • "Azərbaycan ərazilərini 30 il işğalda saxlayan Ermənistana İran vasitəsilə hücum silahları ötürən ölkələr siyahısına ABŞ, Hindistan və Fransadan sonra Almaniya da qoşulub". Bunu hərbi ekspert Ədalət Verdiyev açıqlamasında deyib.

O, əlavə edib ki, son həftələr ərzində Ermənistana 12 ədəd SEZAR özüyeriyən artilleriya, onlarla R511 və R530 “hava-hava” tipli raketlər, 30 ədəd ERYX tank əleyhinə raket kompleksi, onlarla Almaniya istehsalı olan DM32 qumbaraatanları və 3 ədəd “Panzerfaust”  tank əleyhinə kompleks, 500-ə yaxın birdəfəlik "Apilas" daşınan reaktiv qumbaraatan və 50 ədəd BGM71-TOW tank əleyhinə raket kompleksləri verilib: "Bu silahlar Fransa, ABŞ və Almaniya istehsalıdır.

İran ərazisindən keçən Fransa silahlarını, xüsusilə də CAESER qaubitsalarini daha dərindən incələyir.

Hindistanlı mühəndislər isə Ermənistan qırıcılarına R511 və R530 “hava-hava” tipli raketləri inteqrasiya edəcək",-deyə Ə.Verdiyev bildirib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər