20.09.2024, 01:32
AZ EN
18.10.2022, 12:09 501

Erməni politoloq deyir ki, Ermənistanla Azərbaycanın dialoqunun sonu müharibə olacaq

YAZILAR

İrəvan dövlət universitetinin dosenti, politoloq Vladimir Martirosyan “Hrapark”a verdiyi müsahibədə Ermənistandakı mövcud durumu özünə xas şəkildə analiz edib və baş nazir Nikol Paşinyanı siyasi, ictimai, hərbi, diplomatik, liderlik baxımından bankrot baş nazir adlandırib. O, rişxəndlə bildirib ki, başqaları torpaq verib maddi gəlir götürdüyü halda, Paşinyan bu istiqamətdə də fərsizliyinə görə bankrot olub.  Azərbayanla Ermənistanın sülh müqaviləsi imzalamaq üçün apardığı danışıqları “vaxt öldürmək üçün görülən iş” adlandıran politoloq digər radikal erməni siyasətçiləri kimi  sülh müqaviləsi barədə danışmaq əvəzinə, Ermənistanın müharibəyə hazırlaşmasını və bunun üçün indidən dost ölkələr vasitəsilə özünə bəraət qazanması üçün səyləri artırmağı məsləhət görür. Türk dünyasının bu və ya digər uğurunu daşıdığı alimlik dərəcəsi ilə bir araya sığmayan ifadələrlə təhqir edən Volodyanın  öz tələbələrinə də bu qeyri-bəşəri duyğuları aşıladığı müsahibəsindən aydın görünür.

Oktybrın 18-də Azərbaycanın müstəqillik günü olduğunu da paxıllıqla xatırladan V.Martriosyan öz ölkəsindəki nöqsanların səbəbkarının Paşinyan olduğunu deməklə onu həm də Türkiyə və Azərbaycanın “sözəbaxan uşağı” adlandırıb. Paşinyan hakimiyyətindən öncə ermənilərin sülh danışıqlarından bacarıqla yayındıqlarını utanmazcasına xatırlayan bu dosent bütün meyarlar baxımından adi quldurdan seçilmədiyini özü subut edir.

N.QARAMANLI  

Oxşar xəbərlər

SON XƏBƏRLƏR