07.02.2025, 15:38
AZ EN
07.02.2025, 12:45 130

USAID-in təhlükəli və dağıdıcı siyasətinin sonu mütləq gəlməli idi

YAZILAR
  • “USAID uzunmüddətli iqtisadi və sosial inkişafa yardım göstərmək adı ilə formalaşdırılmış təşkilat olsa da, bunu yalnız zahiri forma adlandırmaq olardı. Məsələnin pərdəarxası məqamları əslində başqa idi. Bu qurum yardım adı altında mümkün olan bütün çirkinliyə əl atmağa nail oldu”.

Bu fikirləri Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova bildirib.

Deputat qeyd edib ki, xarici siyasət yürüdən müxtəlif dövlətlərin işlərinə qarışmaq, vətəndaş qarşıdurması, qeyri-sabit mühit yaratmaq, onları çevriliş və xaos təhlükəsi ilə üz-üzə qoymaq və s. daxili əməl və niyyətini ötr-basdır etməsi üçün müxtəlif regionlarda layihələr gerçəkləşdirməsi də ona qeyri-qanuni əməllərini gizləmək üçün lazım olurdu. USAID-in Ermənistana göstərdiyi rəğbət, bu ölkəyə dəfələrlə maliyyə yardımları ayırması, buna əks olaraq isə Azərbaycana qarşı sərgilədiyi radikal mövqe, əsassız iddialarla çıxış etmələri, erməni havadarlığından nəşət tapmış mövqenin göstərisici kimi ancaq təəssüf doğura bilərdi. Bu mənada, Azərbaycanın Prezidenti cənab İlham Əliyevin hər məsələdə olduğu kimi, burada da qətiyyətli mövqeyi, ayıq-sayıq davranışı bu gün həm də uzaqgörən bir siyasətin çalarları kimi təqdir olunmalıdır. Ona görə də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin dayandırılması ilin başlanğıcı üçün sevindirici xəbər sayıla bilər. Sevinmək amilini öz ölkəmiz, Azərbaycana münasibətlə bağlı səsləndirmirəm. Nədən ki, Azərbaycan ötən ilin fevralından USAID ilə müqavilənin müddətini uzatmağı mənasız saymış, ondan imtina etmişdir. Bunu daha qlobal mənada, uğur adlandırmaq mümkündür. Çünki USAİDin səpdiyi şər toxumlarının arealı böyükdür, yaratdığı xaos və disharmoniya xalqlar, ölkələr arasında nifaq, təfriqə yaratmağa hesablanmış əməl göstəriciləridir. Ukraynada “narıncı”, Gürcüstanda “məxməri”, Qırğızıstanda isə “zanbaq” inqilablarının ssenarilərində USAID-in oynadığı rol yaxın və çağdaş tariximizin məşum səhifələrindəndir. Haqlı olaraq Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin USAID-in illik büdcəsinin 50-60 milyard dollar olan şəbəkəyə çevrildiyini bildirib. Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə bu qurumun öz maliyyəsindən ancaq digər ölkələrdə təbriqə və xaos yaratmaq üçün istifadə etdiyini vurğulayıb. İlon Mask USAID-i “məhvə məhkum qurum” və “cinayətkar yuva” adlandırıb.

Bu gün bu təşkilata qarşı səslənən əsaslı ittihamlara nəzər yetirmək kifayətdir ki, hansı əməllərin daşıyıcısı olduğu görünsün: bioloji silahların hazırlanmasını maliyyələşdirmək, Əfqanıstanda narkotik məhsulların istehsalını maliyyələşdirmək, ciddi korrupsiyaya yol vermək, xalqların ənənəvi dəyərlərinə qarşı dağıdıcılıq faktoru, qəsbkar ölkələrin maliyyəsinə dəstək verməsi amili. Amma hər şeyin, xüsusilə şərin sonu mütləq gəlir. Artıq ABŞ Prezidenti Donald Tramp USAID rəhbərliyində ifrat radikalların olduğunu bildirib, Ağ Ev təşkilatı maliyyələşdirməkdən imtina edib.

“Buna bir az da ilahi ədalət prizmasından baxmalıyıq. İllərlə Azərbaycanın haqq davasına qarşı tutduğu əks mövqe, düşmən ölkənin militarizasiyasına verdiyi dəstək, ölkəmizin dəyərlərinə, suverenliyinə etinasizlıq və s. hər biri bu qurumun əsl mahiyyətini göstərmək üçün yetərli amillərdir. USAID-in təhlükəli və dağıdıcı siyasətinin sonu mütləq gəlməli idi. Hazırda təşkilat yenidən qurulma prosesindədir. Ümid edirik ki, yenidən formalaşdırılacaq USAID olanlardan nəticə çıxarmağı bacaracaq, başqa xalqların dəyərlərinə, milli maraqlarına rəğbətlə yanaşmağa çalışacaqdır”- deyə deputat bildirib.

Hazırladı: Günel QULİYEVA

Oxşar xəbərlər