19.09.2024, 05:51
AZ EN
17.10.2023, 08:27 280

Elçin Mirzəbəyli: “Sülh prosesində üçüncü, dördüncü, beşinci vasitəçilərin iştirak etməsinə zəmin yoxdur”

YAZILAR
  • Azərbaycan öz tarixi torpaqlarının hər yerində öz suveren hüquqlarını bərpa etdikdən sonra xaricdə erməni diasporunun təsiri altında olan bəzi dövlət adamları və təşkilatlar anti-Azərbaycan kampaniyasını daha da genişləndirməyə başladı. Artıq vasitəçi maskası ilə pərdələnənlərin əslində münaqişənin həllinə yox, onun  ən yaxşı halda dondurulmasına çalışdığı bir daha heç kəsdə şübhə doğurmur. Ekspertlərin bir qismi hesab edir ki, indiki durumda Brüssel formatı o qədər də real görünmür. Digərləri isə rəsmi Moskvanın da proseslərə səmimi münasibət sərgiləmədiyini önə çəkir. Bəs görəsən, məsələyə son nöqtə hada qoyulmalıdır. Sülh prosesi hansı flatformada yekunlaşmalıdır?

Politoloq İlqar Vəlizadənin sözlərinə görə, Brüsseldə əgər bu xətt davam edəcəksə, onda Brüssel meydançasında Azərbaycan tərəfinin iştirakı əslində sual altına alınır: “Ermənistan tərəfi Moskva meydançasından boyun qaçırdı, belə halda digər neytral meydança axtarmaq və orda həmin bu prosesi davam etdirmək niyyətindədir”,-deyə politoloq qeyd edib.

“Əgər söhbət Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından gedirsə, bu danışıq prosesi iki dövlətin iştirakı ilə reallaşmalıdır. Belə olduğu təqdirdə prosesdə Cənubi Qafqaz ölkələrindən birinin, yəni Gürcüstanın vasitəçi kimi iştirak etməsi daha məqbul görünür. Çünki burada söhbər daha çox danışıqların keçiriləcəyi ərazidən gedir. İndiki şəraitdə bir daha təkrar edirəm ki,  3-cü, 4-cü, 5-ci vasitəçilərin bu prosesdə iştirak etmək üçün hər hansı bir zəmin yoxdur”, bu fikirləri isə politoloq Elçin Mirzəbəyli İctimai Televiziyaya açıqlamasında səsləndirib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər