O, əlavə edib ki, 15 il öncə Naxçıvan şəhərində Azərbaycan, Qazaxıstan, Qırğıstan və Türkiyənin iştirakı ilə yaradılan Türk Şurası daha sonra Türk Dövlətləri Təşkilatı kimi regional gücə çevrilməkdədir. Türk dövlətləri arasında strateji münasibətlər son illər daha dərinləşməkdədir.
Hazırda türk dövlətləri arasında xarici ticarət dövriyyəsinin həcmi 45 milyard dollardan çoxdur. 2023-cü ildə Azərbaycanın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi 8 milyard 208 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 23,7 faiz çox olub. Ümumilikdə, ötən il təşkilata üzv ölkələrlə aparılan idxal-ixrac əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyəsinin 16 faizinə bərabər olub.
Qlobal çağrışlar fonunda Türk dövlətlərinin inteqrasiyası və daha da güclənməsi müşahidə olunur. 1.4 trilyon nominal, 4 trilyon 586 milyard dollar real ÜDM-ə malik olan Türk dünyası birləşir və güclənir. 21-ci əsr Türk əsridir.
Tahirə AĞAMİRZƏ