“Hraparak” nəşrinin 11 oktyar tarixli sayında Ermənist parlamentinin sabiq spikeri Tiqran Torosyanla müsahibə dərc olunub.
“Bakı başa düşür ki, 9 noyabr bəyanatının gücü yoxdur, ona görə də o bəyanatın müddəalarını həyata keçirə biləcək sənəd olmasını istəyir”, - deyə sabiq spiker Ermənistan-Azərbaycan münasibətlərinin tarixinə öz prizmasından nəzər yetirib və bütün ermənilərə xas ifadələrlə Azərbaycanın ünvanına tənqidi fikirlər söyləyib. Dövlətlərarası münasibətlərdə bu və ya digər sənədin mühüm rol oynadığını “unudan” T.Torosyan Praqa görüşlərindən sonra Ermənistanda yaranmış bədbin əhval-ruhiyyənin kökündə Paşinyan iqtidarının səriştəsizliyini gördüyünü bildirib. O, qeyd edib ki, 1997-ci ildən 2018-ci ilədək danışıqlar əsasən Ermənistanın irəli sürdüyü şərtlər əsasında aparılırdı. Azərbaycan həmin şərtlərə razı olmasa da, danışıqlar masasında əyləşib və öz istəklərini qarşı tərəfə çatdırmaqda idi. 2018-ci ildə xalqın narazılıq dalğası üzərində hakmiyyətə gələn Nikol Paşinyan və komandası “Qarabağ Ermənistandır, nöqtə”- deyərək danışıqların dayandırılmasına səbəb oldu. 44 günlük müharibədə uduzan Ermənistan rəhbərliyi artıq Qarabağın Azərbaycan olduğunu təsdiqləyir və Qarabağdan əlini tam çəkib. Sabiq spiker Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hansı perspektivi olacağı ilə bağlı sualı cavablandırarkən isə bildirib ki, hər hansı sülh müqaviləsinin mövcudluğu heç də o demək deyil ki, bu və ya digər tərəf özünün maraqlarından əl çəkməli olur. Müxtəlif dövlətlər arasında bağlanmış sülh müqaviləsinin sonra pozulması barədə tarixi faktlar olduğunu da xatırladan sabiq spiker öz erməni xisləti ilə vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviıəsi imzalandıqdan sonra da Ermənistan öz ideyalarından əl çəkməməli, tarixi fürsət yarandıqda “itirilmiş torpaqlarını” geri almağa cəhd etməlidir.
Vaxtilə ölkənini ali qanunverici orqanına rəhbərlik etmiş bu şəxsin öz düşüncələri ilə siyasətdən xəbərsiz soydaşları kimi danışması və dinc qonşuluq münasibətlərini istəməməsi bir daha vurğulamağa əsas verir ki, ermənilərin başı yumruq görmədikcə sərsəmləyəcəklər. Bu məqamda avropalı mütəfəkkirin dediyi “Ermənilərin nə dediyi sözə, nə də imzaladığı kağıza inanmaq lazım deyil”-
sözlərinin doğruluğu da yada düşür.
Nəsib QARAMANLI