24.04.2025, 18:16
AZ EN
09.06.2022, 18:00 517

Erməni hiyləgərliyi davam edir

YAZILAR
  • İyun ayının ilk on günlüyü də Ermənistan üçün hay-küylü və qarşılıqlı təhqirlərlə keçib. Parlamentin “Hayastan” və “Badiv unem” fraksiyalarının yaratdıqları, vitse-spiker İşxan Sağatelyanın isə aparıcılıq etdiyi «Dirəniş» hərəkatı hər gün eyni şüarları və tələbi təkrarlamaqla müxtəlif aksiyalar keçirərək Nikol Paşinyanın istefasına nail olmaq istəyir.

Amma həm iqtidarın, həm də ayrı-ayrı ekspertlərin bildirdiklərinə görə, tərəfdarları o qədər çox olmayan «Dirəniş» hərəkatı «Nikol xalqdan mandat almayıb» sözləri ilə özlərini gülüş obyektinə çeviriblər. Bildirilir ki, 44 günlük müharibədəki məğlubiyyətdən sonra da digərlərindən çox səs toplayıb parlamentdə çoxluq təşkil edən «Vətəndaş müqaviləsi»nin lideri Nikol Paşinyanın baş nazir seçilməsi məhz xalqdan bu vəzifəyə mandat alması deməkdir. Ona görə də onun və komandasının növbəti seçkilərədək iqtidarda olacağı qətiyyətlə vurğulanır.

Ermənistanda siyasi proseslər məzmun xarakteri ilə aqressiv göründüyünə görə də bəzi ekspertlər bunun vətəndaş müharibəsinə çevriləcəyini də istisna etmirlər. Ölkədəki kültəvi informasiya vasitələri içərisində də cəbhələşmə vardır və tərəflər bir-birini daim millətə xəyanətdə günahlandırırlar. İyunun 9-da Ermənistanın baş naziri Nikol Paşinyan, prezident Vahaqn Xaçatıryanın öz həyat yoldaşları və yüksək çinli məmurlarla ictimai televiziyanın binasına gələrək Ermənistanda televiziyanın yaradılmasının 65 illiyi münasibətilə telejurnalistləri təbrik etməsi, uzun illik təcrübəsi olan işçiləri mükafatlandırması da müxalifətin və onu dəstəkləyən yazarların yeni tənqid mövzusuna çevrilib. Bildirilir ki, Sovetlər dönəmində dövlət televiziyası, müstəqillik dövründə isə ictimai televiziya adlanan bu informasiya vasitəsi yalnız iqtidarın mövqeyini işıqlandırmaqla məşğul olduğuna görə onu ictimai televiziya adlandırmaq olmaz.

«Hrapak» qəzetinin 9 iyun tarixli «Baş nazir E.Marukyanı niyə tələm-tələsik «arsaxa» göndərib» sərlövhəli yazıda bildirilir ki, Azərbaycanla sərhədlərin müəyyənləşməsi və təsdiqlənməsi prosesi bir neçə ilə çəkəcəkdir. Nikol Paşinyan bütün görüşlərində «arsax»ın statusu barədə danışır və o, gərgin əmək sərf edərək bu istiqamətdə müəyyən müsbət nəticəyə nail olub. Müxalifət isə bunu qəbul etmək istəmədiyinə görə vətəndaş itaətsizliyi ilə müşaiyət olunan etiraz aksiyalarını Xankəndidə də davam etdirməyə çalışır. E.Marukyan baş nazirin tapşırığı ilə separatçı qurumun rəhbərlərinə çatdırıb ki, sərhədlər müəyyənləşəndən və sülh razılaşması əldə edildikdən sonra «arsax»ın «özünütəyin» məsələsini daha qabarıq şəkildə irəli sürmək olar. Bunun üçün ilk növbədə Ermənistan iqtisadi və hərbi cəhətdən güclənməlidir. Gələcəkdə prosesdə qalib gəlmək üçün siyasi manevrləri indi daha da genişləndirmək lazımdır.

Göründüyü kimi, ölkənin bu nüfuzlu qəzeti həmişə müxalifətin tərəfində olsa da indi əsl erməni bicliyi ilə ermənilərin «arsax»dan heç vaxt əl çəkməyəcəklərini etiraf edir. Ermənilərin 44 günlük müharibədə ölmüş qohumlarının cəsədlərinin basdırılması məsələsində də qeyri-insani hərəkət etdikləri «Joğovurt» qəzetinin 9 iyun tarixli sayındakı yazıdan da aydın görünür. Vurğulanır ki, 2021-ci ilin fevralında Paşinyan parlamentdə çıxış edərkən bildirmişdi ki, «morqlarda» 100 əsgər meyiti var idi. Onların qohumlarından DNT götürülüb və 14 meyit dəfn olunmaq üçün qohumlarına verilib. Ancaq 86 meyitlə qohumların DNT-si aparılsa da, onlar həmin meyitlərin qohumları olmadıqlarını bildiriblər. Burada qəribə mənzərə yaranıb. Belə çıxır ki, müharibədə ölən erməni ilə qardaşının, yaxud əmisi oğlunun genləri tamam ayrıdır.

Genetik xüsusiyyətlərində şər-böhtan, hay-küyçülük olan ermənilər təkcə xaricə gedəndə deyil, həm də xaricdən gələn müxtəlif statuslu adamlara özləri barədə reallıqdan uzaq «informasiyalar» verməsi də yeni mərhələyə qədəm qoyub. Demək olar ki, hər həftə müxtəlif beynəlxalq ünvanlara «öz müqəddəratlarının» həlli üçün yalvarışlarla dolu müraciət göndərən erməni müxalifəti KTMT-nın bu günlərdə İrəvanda keçirilmiş parlament assambleyasında sədrlik edən V.Volodinlə görüşə bilməmələrini də ermənisayağı izah edir və Volodinin «türk agenti» olduğu kimi gülməli ifadələr işlətməyə başlayıblar. Sergey Lavrovun iyun ayının 9-da İrəvana gəlməsi, öncə xarici işlər naziri Ararat Mirzoyanla, sonra baş nazir Nikol Paşinyanla və prezident Vahaqn Xaçatıryanla görüşüb bu və ya digər məsələləri müzakirə etməsi də müxalifətə yeni mövzu verib. İ.Sağatelyanın rəhbərliyi ilə Ermənistan xarici işlər nazirliyinin ətrafına toplaşan etirazçılar səsgücləndirici vasitəsilə S.Lavrova müraciət ediblər ki, «bizə dəstək olun, N.Paşinyan erməni dilində danışan türkdür, «arsax» heç vaxt Azərbaycanın tərkibində olmamalıdır» və s. Elə həmin saatlarda Ermənistan parlamentində hökumətin təşəbbüsü ilə keçirilən növbədənkənar iclasda müxalifətin bu addımı da kəskin tənqid olunub. Parlamentin spikeri Alen Simonyan və başçılıq etdiyi nümayəndə heyəti iyunun 8-dən 12-dək Strasburqda ezamiyyətdə olduğuna görə iclası vitse-spiker Ruben Rubinyan idarə edib. İclasda müxalif deputatların siyasətdə olduğu kimi «Fransa» meydanında da boşluqdan nərd oynayıb uduzduqca acıqlarını Ermənistan hakimiyyətinin üstünə tökmələri ironia ilə vurğulanıb. Gündəlikdəki məsələlərdən biri isə inzibati ərazi bölgüsü ilə bağlı olub və 13 icmanın birləşdirilərək 5 böyük icma yaradılması, xeyli ştatın ləğv olunması qərara alınıb. O da vurğulanıb ki, ixtisar olunan ştatlardan yığılan vəsait valideynini 44 günlük müharibədə itirmiş uşaq­lar və ölmüş əsgərlərin ailələri üçün sərf olunacaqdır. Ermənilərin bu dəfə parlamentdə müxalifətlə bağlı hansı yekun qərara gələcəkləri isə tam aydın olmayıb. Görünən odur ki, ermənilər yola gələn deyil və onlar «Azərbaycan vətəndaşı olmaqdansa, ölmək yaxşıdır» deyə yaşadıqlarına görə arzu etdikləri zərbəni alacaqlar.

Nəsib QARAMANLI

Oxşar xəbərlər