16.04.2025, 14:30
AZ EN
24.07.2023, 09:58 299

“Bir millət-iki dövlət-bir hava məkanı”

YAZILAR
  • Azərbayan və Türkiyə hava məkanlarına nəzarəti birləşir. Ulu Öndər Heydər Əliyevin tarixi şüarı əsasında Azərbaycan, daha da möhkəmlənən Azərbaycan-Türkiyə əlaqələri iki ölkənin hava məkanına birgə nəzarət sistemi ilə sözün əsl mənasında göylərə qədər yüksəldi. Qardaş ölkələr ortaq hakim hava komandanlıq idarəetmə sisteminin tətbiqinə başlayır ki, bu da hərbi hava qüvvələrinə birgə əməliyyat həyata keçirmək üçün geniş imkanlar açır.

“Hakim sistemi vasitəsilə Azərbaycan və Türkiyə mühüm inzibati mərkəzləri, idarəetmə orqanlarının, hərbi komanda məntəqələrinin, əhalinin sıx yaşadığı coğrafiyanın və digər mühüm strateji obyektlərin birgə qorunmasını təmin edəcək”. Bunu hərbi ekspert Ədalət Verdiyev Az.TV-yə açıqlamasında ifadə edib. Onun sözlərinə görə, burada hər iki ölkənin bir-birinə müasir sistemlərin, silah sistemlərin tədarükü, idxalı və ixracı da nəzərdə tutur: “Burada əsasən Türkiyənin yerli istehsalı olan hava hücumundan müdafiə sistemlərindən söhbət gedə bilər. Digər tərəfdən isə Türkiyənin hazırda istifadəsində müsir uzaqmənzilli erkən xəbərdarlıq sistemləri təyyarələri mövcuddur ki, onlar Azərbaycanda mövcud deyil, yəni, bizim öz ərazimiz baxımından bu o qədər də aktuallıq daşımır. Amma indiki vəzifələrimiz, eyni zamanda həm də Türkiyə ilə inteqrasiya məsələsindən söhbət gedirsə, o zaman Türkiyənin silahlanmasında olan uzaqmənzilli radiolakasiya təyyarələrin erkən xəbərdarlıq sistemlərinin də Azərbaycan tərəfindən istifadə olunmasına və ya birgə istifadə olunmasına imkan yaranacaq”.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər