Dövlət Departamenti bu hesabatda Azərbaycanla bağlı hissələri hazırlayarkən istifadə etdiyi mənbələr özlüyündə raportun qeyri-sağlam olmasını təsdiqləyir. Ümumerməni xeyriyyə ittifaqı Araqant fondu kimi eksperimist təşkilatlar tərəfindən maliyyələşdirilən radikal erməni müəlliflərinə istinad etməklə, Birləşmiş Ştatlar qərəzə meydan açıb.
Politoloq İlyas Hüseynov Amerika Birləşmiş Ştatlarının Azərbaycanda dini qısnama kimi təqdim etdiyi xüsusi bir məsələyə diqqət çəkib: “Azərbaycanda dinindən asılı olmayaraq, inanclı adamlar öz ibadətlərini icra edirlər və Azərbaycanda olan tolerantlıq mühiti dünyada nümunə kimi göstərilir. Xüsusilə qeyd etməkdə fayda var ki, ölkəmizdə konstitusion quruluşu devirmək, dini dövlət yaratmaq və bu məqsədlə terrorçuluq fəaliyyətini əldə rəhbər tutaraq bu məkrli məqsədlərə çatmaq istəyən qüvvələr də zərərsizləşdirilir və hüquq mühafizə orqanları lazımi tədbirlər görür. Bu, hər bir dövlətin milli təhlükəsizliyinin qorunması istiqamətində atacağı addımlardı. Burada heç bir vəchlə dinin yasaqlanması, dinin boğulması, inanclı insanların həbsə atılması kimi qələmə vermək tamamilə kökündən qüsurludur”.
Politoloq daha sonra əlavə edib ki, biz Amerika Birləşmiş Ştatlarının dünyaya məhz dini və etiqad azadlığı ilə bağlı dəsr keçməsini uzun illərdir ki, yaxşı görürük. Lakin yaxşı olardı ki, onlar daxildəki problemlərə kifayət qədər diqqət ayırsınlar və ayrı-ayrı dövlətlərə siyasi sifarişi, siyasi motivli bu cür nüfuz etmə halları aradan qaldırılsın.
Poitoloq daha sonra vurğulayıb ki, hesabatda Ermənistanın Azərbaycanın dini abidələrinə qarşı törətdiyi vandalizm aktlarına siyasi və hüquqi qiymətin verilməsi reallığa daha çox uyğun olardı: “Bununla beynəlxalq auditoriya da düzgün istiqamətləndirilərdi. Bu cür hesabatlarda yazılan uydurma reallıqlar isə Azərbaycanın multikultural mühitinə heç bir təsir göstərmir”, - deyə politoloq bildirib.
Hazırladı: Tahirə AĞAMİRZƏ