02.04.2026, 17:35
AZ EN
02.04.2026, 15:48 204

Zəngilan sakinlərinin növbəti səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Zəngilan Rayon İcra Hakimiyyəti başçısı Ramiz Həsənovun səyyar qəbulu keçirilib.

Rayon İcra Hakimiyyəti başçısı cənab prezidentin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər, azad olunmuş torpaqlarımızda olan quruculuq-bərpa işləri barədə vətəndaşlara ətraflı məlumatlar verib. 

Daha sonra sakinlərin müxtəlif mövzulardakı müraciətləri və təklifləri fərdi dinlənilib. Müraciətlər ilə bağlı sakinlərə müvafiq izah verilərək qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti tapşırıqlar verilib. 

Səyyar qəbulda İcra Hakimiyyətinin məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələri də iştirak ediblər.  

Oxşar xəbərlər