02.04.2026, 19:07
AZ EN
02.04.2026, 17:32 206

Paşinyan: "Putinlə açıq danışmaqdan çəkinmədim"

XƏBƏRLƏR
  • Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya dünənki səfərində Rusiya prezidenti Vladimir Putunlə görüşü zamanı "Rusiyanın İrəvandakı adamları" kimi tanınan siyasətçilərin qarşıdan gələn seçkilərdə Baş nazirliyə namizədliyi ilə bağlı söylədiyi fikirlər hər iki ölkədə geniş rezonans doğurub.

"Vətən səsi" xəbər verir ki, Paşinyanın Putinlə dialoq zamanı "Baş nazirliyə namizədlər yalnız Ermənistan Respublikasının vətəndaşı olmalıdır" sözləri İrəvanın Moskvanın tələbləri qarşısında geri çəkilməyəcəyi kimi diqmnətləndirilir. Paşinyan özü görüşdən sonra jurnalistlərlə söhbəti zamanı bu məsələ növbəti dəfə açıq mövqe bildirib: "Düşünürəm ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistan Konstitusiya Məhkəməsinin xarici pasport sahiblərinin Ermənistan seçkilərində iştirakına icazə vermədiyini bilsəydi, bunu gündəmə gətirmək istəməzdi. Rusiya Prezidenti gündəliyinə baxmayaraq, detallara girə bilməzdi. Hesab edirəm ki, bu incə nüansı ona çatdırmayıblar. Ermənistan Konstitusiyası və qanunlarını bu qədər detallı Rusiya Prezidentinin özü araşdırmalı idimi? Əlbəttə, yox. Ona əvvəlcədən bütün məlumatları təqdim etmək lazım idi, mən də edilməyən şeyi edərək, onu xəbərdar etdim ki, belə bir incəlik mövcuddur. O, tam məlumatlandırılmamışdı, mən də ona müvafiq məlumatları çatdırdım".

Baş nazir Vladimir Putinlə rusiyalı iş adamı Samvel Karapetyanın parlament seçkilərində iştirakı ilə bağlı açıq söhbətindən narahatlıq keçirmədiyini də əlavə edib.

Xatırladaq ki, "Taşir" Şirkətlər Qrupunun təsisçisi, erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyan 2025-ci il iyunun 19-da həbs edilib. Ona qarşı “Ermənistan Konstitusiyasında nəzərdə tutulmayan üsullarla hakimiyyətin ələ keçirilməsinə açıq çağırış” ittihamı irəli sürülüb. "Güclü Ermənistan" adlı partiya quran Samvel Karapetyan iyunun 7-də keçiriləcək seçkilərdə iştirak etmək niyyətindədir. Partiyası onun baş nazirliyə namizədliyini irəli sürüb. Amma ikili vətəndaşlığı olduğu üçün namizəd olmasının qarşısında qanuni əngəl olan Karapetyan bu baxımdan, qanunvericiliyə müvafiq düzəlişin edilməsi üçün parlament müxalifətinin dəstəyinə ümid edir.

Elxan SALAHOV

Oxşar xəbərlər