03.03.2026, 06:20
AZ EN
12.11.2025, 18:20 145

Londonda “Zəfər Salnaməsi” adlı tədbir keçirilib

XƏBƏRLƏR
  • Azərbaycanın Zəfər Günü münasibətilə Böyük Britaniyanın paytaxtı Londonda “Zəfər Salnaməsi” adlı tədbir keçirilib.

Bu barədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilir ki, tədbir Britaniya Azərbaycanlıları Assosiasiyasının (BAA) təşkilatçılığı və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Diaspor fəalı və “Bülbül Azərbaycan dili” kitabının müəllifi Emiliya Cəbrayılova açılış nitqində bu tədbirin yalnız tarixi bir anı xatırlamaq deyil, həmçinin, xalqımızın qürur, qəhrəmanlıq və birliyini təntənə ilə qeyd etmək məqsədi daşıdığını bildirib. (Trend)

 

Oxşar xəbərlər