Ermənistanın sabiq ədliyyə naziri, hüquq elmləri doktoru özünün FB səhifəsindəki paylaşımı ilə adi hüquq normalarından xəbərsiz olduğunu sübut edib. O, Qarabağdakı separatçı rejimin özünü buraxması barədə qərarını şərh edərkən bildirib ki, həmin rejimin hüquqi cəhətdən özünü buraxmağa ixtiyarı yoxdur. "Təklif edirəm, təşəbbüs göstərirəm ki,"arsax” ali məhkəməsinin təcili iclası çağırılıb və bu fərman müzakirə edilərək müvafiq qətnamə qəbul edilsin"-, deyə o, savadsızlığını bir daha sübut edir. Hüquq elmləri doktoru rütbəsində bir neçə il ədliyyə naziri işləyən bu erməni hələ də dərk edə bilmir ki, haqqında danışdığı Qarabağın hətta Ermənistanın rəsmiləri tərəfindən Azərbaycanın ərazisi olduğu etiraf edilib. Beynəlxalq təşkilatlar isə bu hüquqi həqiqəti çoxdan tanıyıb.
Nəsib