Cinayətkarların başçılarından biri olan Robert Koçaryanın 3 illik mürgüdən oyanıb yanvarın 17-də mətbuat konfransı keçirərək soydaşı və cinayət yoldaşı Levon Ter-Petrosyanın dediyi kimi, yalanlar və hədislər danışması hay revanşçılarının fəallaşmasına start verib. 1988-ci fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-dən ayrılıb Ermənistan SSR-ə birləşdirilməsi kimi qanlı faciələr mənbəyi olan qərarın qəbulundan 37 il keçdiyini və 2023-cü ilin 20 fevralı da daxil olmaqla hər il həmin separatçı qərarla bağlı tədbir keçirildiyini xatırladan hay mətbuatı bu il "Yerablur" adlanan əsgər qəbristanlığında sözügedən olayla bağlı ağlaşma günü keçiriləcəyi barədə də xatırlatma edib. Tarixən özgə maşası olan hayların sözügedən məkanda həm də mitinq keçirəcəkləri diqqətə çatdırılıb.
Müxalif düşərgə isə bu tədbirdən yenə hakimiyyətə qarşı istifadə edəcək.
Nəsib Qaramanlı