Bir ildən çox etiraz aksiyaları keçirən və hakimiyyətinin istefaya getməsini tələb edən bu keşiş "Hayastanda da İrandakı kimi dini hakimiyyət qurulmalıdır və quracağıq", - deyə sərsəmləmələrə başladıqdan sonra isə bu, siyasilər tərəfindən qınanıldı və hakim partiyada keşişin psixoloqa ehtiyacı olduğu barədə fikirlər səsləndirildi.
Bu gün "Hraparak"da paylaşılmış və müəllifi Anna Papikyan olan "Bağrat Srpazanın Paşinyana qarşı iddiası" başlıqlı təhlili yazıdan isə həm də aydın olur ki, keşiş mitinq zamanı dediyi sözə əməl etməyib, yəni ondan baş nazir barədə məhkəməyə şikayət daxil olmayıb. Keşiş isə növbəti dəfə vərdiş etdiyi yalana əl atıb və bildirib ki, guya, məhkəmə baş nazirdən çəkindiyinə görə onun şikayət ərizəsini qeydiyyata almayıb. Normal düşüncəyə malik olmayan keşişin İrandakı kimi dini dövlət qurmaq xülyası isə hələ də davam edir.
N.Qaramanlı