Millət vəkilinin sözlərinə görə, yeni gərginlik nə nə siyasi, nə də iqtisadi baxımdan Qafqaz üçün məqbul deyil: “Bununla belə, Azərbaycan sülhə maraqlıdır və istiqamətindəki mövqeyində hər hansı dəyişiklik yoxdur. Təbii ki, istənilən razılaşma yalnız Azərbaycanın ərazi bütövlüyü və suvernliyi çərçivəsində mümkündür. Başqa alternativ də yoxdur”.
Deputat daha sonra əlavə edib ki, məsələnin digər tərəfi savaşa meyillənən Ermənistanda xarici borclanmanın kəskin artmasıdır: “Bu ilin iyul ayında əvvəlki ay ilə müqayisədə xarici borc məbləğinin 300 milyon dollar artdığı Ermənistanın indi 6.7 milyard dollar öhdəliyi var. Ümumi dövlət borcu isə 10 milyard dollardan çoxdur. Dövlət borcunun ÜDM-də payı 60.0 faizi keçib.
Göründüyü kimi, borc bataqlığında boğulan Ermənistanda revanşist meyillər daha da güclənməkdədir. Amma İrəvanda nəzərə almalıdırlar ki, revanşizmi hər zaman dağıda biləcək güclü Azərbaycan ordusu var”,- deyə millət vəkili vurğulayıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ