23.11.2024, 12:22
AZ EN
30.11.2022, 14:08 389

Ermənistanı küçə uşaqları idarə edir

YAZILAR

Noyabrın 29-da 1100 erməni arasında keçirilən rəy sorğusunda respondentlərin 47 faizi KTMT-dan tezliklə çıxmağın tərəfdarı olduğunu bildirib və bu işin sürətləndirilməsi üçün parlamentin müvafiq qərar qəbul etməsini gözlədiklərini açıqlayıblar. Rəyi soruşulanların 17 faizi bitərəf qalıb, qalanları isə KTMT-dan çıxmağın Ermənistana heç bir fayda verməyəcəyini bildirib. Politoloq Ağası Yenokyan noyabrın 30-da «Hraparak» informasiya agentliyində yaydığı məqaləsində isə KTMT-da Stanislav Zasın 3 illik baş katibliyini ciddi tənqid edib. O, bildirib ki, Azərbaycan KTMT-dan 1999-cu ildə çıxsa da həmin qurumun üzvlərinin əksəriyyəti Azərbaycanla sıx əməkdaşlıq edir və onu dəstəkləyir. Politoloq bir neçə iclasda Stanislav Zasın Azərbaycanın mövqeyinə uyğun çıxışlar etdiyini və bu çıxışların ermənilər arasında tənqidlə qarşılandığını dəfələrlə xatırlatmaqla belə bir qeyri-obyektiv fikirdə söyləyib ki, hazırda Türkiyə ilə Azərbaycan müharibəyə hazırlaşır və onlar «erməni məsələsini birdəfəlik həll etməyə tələsirlər». Əgər müharibə başlayarsa Ermənistanı KTMT-nın deyil, Fransa, Hindistan və İranın dəstəkləyəcəyini, Rusiyanın isə yenə də ikibaşlı siyasət yeridəcəyini bildirən A.Yenokyan onu da vurğulayıb ki, «Ermənistanda küçə uşaqları hakimiyyətdən getməsə, ölkə daha bərbad vəziyyətə düşəcəkdir».

Nəsib QARAMANLI

Oxşar xəbərlər