21.11.2024, 16:23
AZ EN
31.05.2023, 07:34 179

Separatçı qüvvələr Dəmir yumruğa böyük ehtiyac duyurlar

YAZILAR
  • Qondarma Dağlıq Qarabağ respublikasının sabiq “dövlət nazi” Ruben Vardanyan kəskin bəyanatla çıxış edib. Separatçı son çıxışında Azərbaycanın ünvanına “xəbərdarlıqlarla” dolu fikirlər səsləndirib. Onun sözlərinə görə, “Dağlıq Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ordusuna “sarsıdıcı zərbələr endirməlidir”, yalnız bu halda, Bakı separatçılarla ikitərəfli danışıqlara başlaya bilər”,- deyə Vardanyan vurğulayıb.

Qeyd edək ki, bundan öncə Nikol Paşinyan Moskva görüşündə Azərbaycanla Xankəndinin qondarma rəhbərliyi ilə dialoqun bərpa olunması istiqamətində  bir sıra açıqlamalar vermişdi.

Deyəsən, separatçı qüvvələr Azərbaycanın Dəmir yumruğuna böyük ehtiyac duyurlar. Yoxsa ki, başlarından böyük qələt etməyə cəsarətləri çatmaz, hədlərini bu qədər aşa bilməzlər...

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər