15.04.2026, 16:42
AZ EN
15.04.2026, 15:00 21

Azərbaycanın sərbəst və yunan-Roma güləşi milliləri "Zəfər Kuboku"nda ikinci olub

XƏBƏRLƏR
  • Yeniyetmələrdən ibarət sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan milliləri Türkiyənin Antalya şəhərində təşkil edilən "Zəfər Kuboku"nda ikinci olublar.

Bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Ənənəvi turnirin son günündə daha 5 güləşçimiz fəxri kürsüyə qalxıb.

Sərbəst güləşdə Nihad Süleymanlı (80 kq) və Hakim Tağıyev (110 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar.

Yunan-Roma güləşində isə Zəka Yusubovla (80 kq) Məhəmməd Mustafayev (110 kq) eyni nəticəyə imza atıb. İsfahan Həsənov (80 kq) isə bürünc medalı boynundan asıb.

Sərbəst güləş millimiz ənənəvi turniri 3 qızıl, 1 gümüş və 2 bürünc medalla tamamlayaraq, 147 xalla komanda hesabında 2-ci yeri tutub. Yunan-Roma güləşi yığmamız isə 5 qızıl, 2 gümüş və 2 bürünc medalla 169 xal toplayıb və ümumi sıralamada 2-ci pillədə yer alıb. (Report)

Oxşar xəbərlər