27.07.2024, 13:54
AZ EN
26.02.2024, 11:12 174

Ermənilər bir-birini qırmağa fürsət axtarır

YAZILAR

Fevral ayının sonuncu həftəsində də mentalitetlərinə xas yalanlar uyduran və həmin yalanları həqiqət kimi qəbul etdirməyə cəhd edən hayların bacıları fransızlar tərəfindən yeni impuls da almaqdadır. "Hraparak"ın bu gün yaydığı xəbərlərdə bu açıq-aydın görünür. Belə ki, 1992-ci il fevralın 26-da Xocalıda törətdikləri soyqırımına görə heç olmasa adi insani xəcalət hissi keçirməyən haylar növbəti dəfə vay-şivən salaraq soydaşlarının guya Sumqayıtda qırğına məruz qaldıqlarını müxtəlif yalanlarla yaymağa başlayıblar. Onların hansı yalan ifadələri işlətməsini deyil, məhz bəzi ermənilərin Sumqayıt hadisələrinə verdiyi real qiyməti xatırlatmaq yerinə düşər. Məlumdur ki, Sumqayıt olaylarından bir həftə sonra Paruyr Hayrikyan adlı dissident Sumqayıt hadisələrini Moskvanın göstərişi ilə SSRİ-nin xüsusi xidmət orqanının təşkil etdiyini faktlarla açıqlamış və bu görədə həbs edilmişdi. Sonra o, Fransaya getmişdi və orada da öz sözlərini təkrarlayırdı. SSRİ dağıldıqdan sonra İrəvana qayıdan P.Hayrikyan bu gün də öz mövqeyində qalmaqdadır. Əlavə edək ki, Sumqayıt hadisələrinin "keqebe" tərəfindən törədildiyini və buna məhz erməninin başçılıq etdiyini indi baş nazir olan Nikol Paşinyan hələ 1998-ci ildə əməkdaşı olduğu "Molorok" qəzetində, 2008-ci ildə isə rəhbərlik etdiyi "Haykakan jamanak" qəzetində demək olar, bütün detalları ilə yazmış və bu məqaləyə görə bir neçə il məhbus həyatı yaşamışdı. Amma indi  N.Paşinyan da böhtançılar sırasına keçib və hakimiyyətdə qalmaq üçün, görünür, atasını da danmağa hazırdır.

Amma həqiqət artıq həm də Xocalıda soyqırımı törədənlərdən Mədəd Babayanın, Rəşid Beqlaryanın həbs olunandan sonra hadisə yerindəki etirafları ilə də dünya ictimaiyyətinə tam məlum olub.

Xatirələri və ruhları önündə əbədi ehtiramlı olduğumuz xocalılıların isə ruhları indi dinclik tapıb. Axı düşmən darmadağın edilib və Xocalıda indi yenidənqurma işləri aparılır. Ermənilər isə heç vaxt doğru yola gələn deyillər və bir-birini qırmağa fürsət axtarır.

Nəsib Qaramanlı

Oxşar xəbərlər