Bunu hərbi ekspert Ədalət Verdiyev açıqlamasında deyib.
O qeyd edib ki, əsrlər boyu əlində olan hər bir silahı və ya digər potensialı Azərbaycana qarşı yönəldən, onilliklər boyu ərazilərimizi işğalda saxlayan, bütün təbii sərvətlərimizi talayan, minə yaxın yaşayış məntəqəmizi darmadağın edən, 1 milyon vətəndaşımızı doğma yurd yuvasından qovan, dəfələrlə mülki azərbaycanlılara qarşı soyqırım və etnik təmizləmə törədən Ermənistanın süveren hüququndan yalnız qalib Azərbaycan ilə sülh müqaviləsini imzalayandan sonra məhdud miqyasda danışmaq olar:
"Tarixi qaranlıq müharibə cinayətləri ilə zəngin olan Ermənistan daim nəzarət, təsir və təzyiq altında saxlanılmalıdır",- deyə ekspert vurğulayıb.
Tahirə AĞAMİRZƏ