Erməni politioloq Arman Abovyan “Hraparak” qəzetinə verdiyi müsahibədə Azərbaycanın və Türkiyənin ünvanına nə qədər təhqiramiz ifadələr işlətsə də indiki reallıqlarda Ermənistanın çox zəif olduğunu etiraf edib. O, erməni cəmiyyətindəki revanşist meyllərin ölkəyə heç bir fayda gətirməyəcəyini vurğulayaraq deyib ki, errmənilər “gəl bizə gömək et”,-deyə dost ölkələrə və beynəlxalq qurumlara çoxsaylı müraciətlər edir. Unudurlar ki, həm beynəlxalq təşkilatların, həm də Ermənistanın dostu olan ölkələrin, o cümlədən ABŞ-ın və İranın da öz maraqları var və bu maraqların həyata keçirilməsi üçün heç kim heç vaxt Türkiyəyə və Azərbaycana qarşı açıq-aşkar düşmənçilik etməyəcək. Politoloq 44 günlük müharibənin nəticələri barədə də danışıb və xatırladıb ki, Azərbaycan ordusu həm yüksək döyüş qabiliyyətinə, həm də müasir silahlara malikdir. O deyib : “Bayraqdarın qarşısına çıxası silah olmadlığı halda müharibə edib qalib gəlcəyimizi düşünənlərin beyinlərində problem var”.
Erməni siyasətçi indiki reallıqda dahga düzgün yol seçməyin vacibliyini də diqqətə çatdırıb.
Nəsib QARAMANLI