O, "Paşinyanın həll etməli olduğu bir məsələ var" başlıqlı revanşçılıq dolu məqaləsində yazır ki, beynəlxalq cinayət məhkəməsinin sabiq baş prokuroru Luis Moreno Okanpon Bakıda keçiriləcək COP29 beynəlxalq tədbirin əleyhinədir və Bakıya qarşı aksiyalar keçirilməsi barədə təşəbbüs irəli sürüb. Bu, əlbəttə, açıq düşmən mövqeyidir və ölkəmizin əleyhinə aparılan növbəti anti bəşəri çağırışdır. Amma beynəlxalq ədalətdən danışan bir hüquqşünasın belə mövqe sərgiləməsi, əlbəttə, ilk növbədə onun özünün hüquqi prinsiplərdən mərhum olduğunu isbatlayır. Armine Ohanyanın mövqeyinin həmişə anti-türk olduğu həqiqətini də buraya əlavə etsək onda bu qadının ziyalı deyil, sırf cinayətkar dəstəkçisi olduğu bir daha mübahisə doğurmaz. Bakıda istintaq təcridxanasında olan hayların buraxılmasını istəyən amma bunun necə olması barədə heç bir təsəvvürə malik olmayan baş redaktor yəqin ki, İrəvanın istisində öz sağlam düşüncə qabiliyyətini yox edib. Belə olmasaydı, o, baş nazir qarşısında həlli ondan asılı olmayan təkliflə çıxış etməzdi. Qarabağdakı loyal antiterror əməliyyatından sonra həbs edilən separatizm başçıları buraxılmasa baş nazir Nikol Paşinyanın Bakıya getməməsini tələb edən baş redaktorun kürəkəni, parlamentin sədri Alen Simonyan isə qayınanasının bu sərsəm fikirlərinə hələ də cavab verməyib.
Görünür, cinayətkarları dəstəkləyən və hüquqdan baş çıxarmayan bu qadından o da təngə gəlib.
Nəsib Qaramanlı