14.09.2025, 09:15
AZ EN
02.09.2025, 11:31 212

Azərbaycanın Pakistanla olan isti münasibətinə Hindistanın qısqanclığı

YAZILAR
  • “Hindistanın Azərbaycanın ŞƏT-ə üzvlüyünə qarşı çıxması Təşkilatın özü üçün də qəbuledilməz prosesdir”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O, bildirib ki, istər beynəlxalq münasibətlər prinsipləri baxımından, istərsə də, çoxtərəfli diplomatiya prinsipləri baxımından qəbuledilməzdir: “Hindistanın xarici siyasət kursunun çılızlığını və acizliyini göstərir. Sirr deyil ki, Hindistan-Azərbaycanla münasibətdə bu cür radikal və yolverilməz münasibəti Azərbaycan-Pakistan münasibətləri ilə, daha doğrusu, Azərbaycanın Pakistanın beynəlxalq hüquqi aliliyinə əsaslanan mövqeyini dəstəkləməsi ilə bağlıdır”.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər