Tarix boyu verilən sözə əmək etmək şərəf məsələsinə çevrilib. Lakin dünya bir yana, Paşinyan başqa yana. Verdiyi sözü qulaqardı edən Ermənistanın baş naziri Paşinyan sözünü danmağı özünə peşə seçib. Hələ bu siyasəti ilə də dövlətinin inkişaf edəcəyini, xalqının firəvan günə çıxacağını gözləyir. O, vaxtilə sözlərinin sonuna nöqtə qoyurdu. Qarşısında nida görüncə indi də cümlələrini sual işarəsi ilə bitirir. Qarabağda olan erməniləri də qızışdıraraq, onların gələcəyinə kölgə salır. Sözünün kəsəri olmayan Paşinyan xalqının taleyi ilə qumar oynamağa davam edir. Gah Azərbaycanın ərazi bütövlüyünü tanıdığını çıxıb hər kəsin qarşısında etiraf edir, gah da öz sözünü özü təkzib edir. Elə son gündəki bəyanatında da Paşinyan Dağlıq Qarabağın ərazi vahidi kimi mövcud olmaması və Dağlıq Qarabağ probleminin artıq öz həllini tapması kimi bəyanatı əsassız hesab etdiyini bildirib. O, bunu qanunsuz, Dağlıq Qarabağın müstəqillik bəyannaməsinin qəbul edilməsi günü münasibətiylə ermənilərə təbrikini də qeyd edib. Lakin gündəmə gətirdiyi bir məsələ də var.
“Paşinyan bu gün SSR dönəmində o vaxtkı Dağlıq Qarabağ Muxtar vilayəti və Şaumyan rayonunun Ermənistana birləşməsi ilə bağlı guya deputatların verdiyi qərarı yenidən gündəmə gətirir. O vaxtı da elə SSR konstitusiyasına zidd addımlar atılmışdı, bunun da bu gün gündəmə gətirilməsi Ermənistandakı daxili siyasətlə və havadarlarının apardığı siyasətilə bağlıdır. Türk şousu”, “humanitar yardım”la bağlı şoular bunların hamısı birmənalı şəkildə sülh müqaviləsinin imzalanmasını uzaqlaşdıran, çətinləşdirən və statuc-kvonun saxlanması üçün adılan addımlardır”. Bunu millət vəkili Arzu Nağıyev ATV-yə açıqlamasında bildirib.
Ekspertlər hesab edir ki, Paşinyan özünü ikiüzlülüyü ilə sülh prosesinə zərbə vurur, danışıqları mənasız edir.
Hazırladı: Tahirə AĞAMİRZƏ