20.09.2024, 07:46
AZ EN
10.09.2024, 11:05 242

Keşiş Bağrat tələyə düşəcək

YAZILAR
  • "Hraparak"ın bu günkü yayımında xəbər verilib ki, bazar günü arxiyepiskop Bağratla müxalif siyasi rəhbərlərin qapalı görüşü olub. Keşiş onlardan xahiş edib ki, sentyabrın 22-də K.Demirçyan adına idman və konsert kompleksində keçiriləcək toplantıya qatılsınlar. "Məqsəd isə sentyabrın 23- də keçiriləcək mitinqlərdə adamların say çoxluğuna nail olmaqdır"- deyən müəllif əlavə edib ki, həmin mitinqlərdə hansı tələblər irəli sürüləcəyi hələ məlum deyil. Bu, sentyabrın 22-də keçirilməsi nəzərdə tutulan görüşdə müzakirəyə çıxarılacaqdır.

Xatırladaq ki, keşiş Bağrat indiyədək bir çox bölgələrdə sakinlərlə görüşüb onları öz tərəfinə çəkmək üçün ciddi cəhdlər etsə də istəyinə nail ola bilməyib. Ermənistan parlamentinin dünən keçirilən payız sessiyasında iqtidar və müxaliflər arasında baş vermiş qarşılıqlı ittihamlarla dolu mübahisə zamanı spiker Alen Simonyan öz hüquqşünas təcrübəsinə istinad etməklə müxaliflərin işlətdiyi "arsax" sözünün heç bir siyasi önəmi olmadığını etiraf edib. Keşiş Bağratın fəaliyyəti ilə bağlı isə deyib ki, onu biz özümüz icad etmişik və küçələri gəzib ağlına gələni deməklə heç nəyə nail ola bilməyəcək, əksinə elə küçədə də öz yaxınlarının qurduğu tələyə düşəcək. Erməni dilinə yaxından bələd olanlar yaxşı bilir ki, bu günədək gəzib tələyə düşməyin sətiraltı mənası sümsük itin tələyə düşməsi deməkdir.

Nəsib Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR