31.07.2025, 18:35
AZ EN
15.02.2024, 10:14 371

Paşinyan və Papikyan orduda özlərinə bənzər elita yaradır

YAZILAR
  • Bu fikir "Hraparak"ın fevralın 15-də Lusine Şahverdiyanın Ermənistan ordusundakı durumla bağlı məqaləsində başlığa çıxarılıb.

Lusine yazır ki, fevralın 13-də Aşağı Hənd istiqamətindəki döyüşdən bir gün sonra Ermənistanın müdafiə nazirliyinin baş idarələrində dəyişiklər aparılmasına başlanılıb və buna çoxdan hazırlıq gedirdi. Döyüş hazırlığı baş idarəsinin rəisi olan generalın dərhal azad edilib yerinə baxışlarına görə Paşinyanın və müdafiə naziri Papikyanın özlərinə bənzəyən polkovnikin təyin edilməsinin cəmiyyətdə birmənalı qarşılanmadığını xatırladan jurnalist əlavə edib ki, səriştəsizlərin vəzifəyə təyini vəziyyəti daha da pisləşdirəcək. Prezident V.Xaçaturyanın üç qoşun növünün birləşmiş korpusuna general-mayor Artaq Budaqyanı təyin etməsini də baş nazir Nikol Paşinyanın təqdimatı əsasında həyata keçdiyini deyən müəllif həm də xatırladır ki, A.Budaqyan general paqonu daşısa da peşəkar hərbçi imicinə malik deyil. Onun hərbi karyerası yalnız 2018-ci ildəki inqilabdan sonra başlayıb. Vazgen Sarkisyan adına hərbi akademiyada da kadr dəyişikliyi olacağını, oraya da hansısa nikolçunun təyin ediləcəyi barədə etibarlı mənbədən məlumat aldığını bildirən müəllif sonda belə qənaətə gəlir ki, "NATO kadrları" adı altında özlərinə bənzər şəxsləri vəzifələrə pərçimləyən Paşinyan və Papikyan özləri istefa versələr dövlətə, xalqa xidmət etmiş olardılar.

Biz isə qürurla xatırladırıq ki, Ermənistan ordusunda nə qədər dəyişiklik olsa da reallıq dəyişməyəcək və Azərbaycan əsgəri yeni zəfərlərə imza atmağa daim hazırdır.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR