Bunu açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
O, əlavə edib ki, lakin Dövlət Departamenti bu xəbəri təsdiq etməmişdi. Halbuki, Ararat Mirzoyan sənədin müzakirəsi üçün görüşlər keçiriləcəyinə eyham vurmuşdu. Belə çıxır ki, ya Ararat Mirzoyan, ya da Dövlət Departamenti yalan danışır. Ancaq əgər Ararat Mirzoyan ABŞ-da hakimiyyət dəyişikliyinə bir neçə gün qalmış vəzifəsini itirəcək dövlət katibi ilə görüşürsə, demək ortada nəsə var: "Rəsmi İrəvan Tramp administrasiyasının Cənubi Qafqazda Azərbaycanla tərəfdaşlığı gücləndirəcəyindən ehtiyat edir. Görünür, indidən Vaşinqtonla nəsə imzalamaq istəyirlər ki, Tramp administrasiyası Bayden dövründəki sazişə sadiq qalsın. Ancaq Tramp üçün keçmiş razılaşmaların və sazişlərin heç bir əhəmiyyəti yoxdur".
Tahirə AĞAMİRZƏ