24.04.2025, 10:20
AZ EN
19.10.2024, 07:21 235

İlyas Hüseynov: “Xalq seçimini edəcək və Gürcüstan çox mühüm mərhələyə qədəm qoyacaq”

YAZILAR
  • Hazırda Gürcüstan-Azərbaycan əlaqələri çoxşaxəli tərzdə inkişaf edir. Ölkələrimiz tarixi köklərə malik strateji tərəfdaşlar olduqlarına görə, hərtərəfli inkişaf strategiyasını qurub. Hər iki ölkə, xüsusilə iqtisadi, enerji, nəqliyyat-kommunikasiya sahələrində bir-birinə dayaq olaraq Cənubi Qafqazda vahid şəkildə tərqqi edir. Təsadüfi deyil ki, hazırda  Gürcüstan-Azərbaycan əlaqələri ən  yüksək səviyyədə inkişaf edən dövlətlər sırasına yüksəlib.

Siyasi şərhçilər bildirilər ki, Gürcüstanda oktyabrın 26-da keçiriləcək  seçkinin Azərbaycana da təsiri olacaq. Çünki ölkəmizin əsas nəqliyyat  və enerji layihələri məhz Gürcüstan vasitəsilə icra olunur.

Gürcüstanda keçiriləcək seçki müxtəlif güc mərkəzlərinin nəzarəti altındadır və  onlar bu prosesə təsir etmək niyyətini gizlətmir. Ənənəvi olaraq Qərb meylli qüvvələr də  hərəkətə keçib. Digər  tərəfdən ölkənin hakim  partiya nümayəndələri fərqli  mövqedən çıxış edərək əsasən milli maraqların qorunması, müstəqil daxili və xarici siyasətin yürüdülməsini prioritet sayırlar. Bu xüsusda Qərb həm də  Gürcüstan hakimiyyətini sanksiyalarla hədələyir. Belə bir təssürat yaranır ki, Gürcüstanda hazırkı hakimiyyətin cəzalandırılması, əhalinin hakimiyyətə qarşı qaldırılması istiqamətində işlər aparılır. Bu baxımdan Gürcüstanda hakimiyyət dəyişikliyi Azərbaycanla icra edilən mühüm iqtisadi fəaliyyətlərə də təsir göstərə bilər.

“Həm Rusiya-Ukrayna müharibəsi, həm də ümumilikdə postsovet məkanında gedən dəyişikliklər fonunda bu seçkilərin nəticələri kifayət qədər ciddi maraq doğurur”. Bunu Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov  məsələ ilə bağlı “ARB24”-ə açıqlamasında deyib.

Politoloq blidirib: “Seçkilər həm də Gürcüstanda ayrı-ayrı geosiyasi güc mərkəzlərinin hansı formada təsir edə bilmə mexanizmləri də müəyyən olunacaqdır. Digər tərəfdən əhalinin də öz  gələcəyini hansı formada müəyyən etməsi də seçkilər vasitəsilə öz həllini tapacaq”.

Cənubi Qafqazın kiçik dövlətlərindən biri olan, tarixi Azərbaycan torpaqları əsasında yaranan indiki Ermənistan bölgədə sülh və sabitliyin yaranmasına mənfi təsir göstərir. 30 illik işğala son qoyan region və dünyada söz sahibinə çevrilən Azərbaycan yenidən sülh sazişindən boyun qaçırmaq niyyətində olan Ermənistanın riyakar siyasəti ilə qarşılaşır. Sülh sazişini imzalamaq istəməyən Ermənistan bəzi Qərb dövlətlərinin anti-Azərbaycan mövqeyindən faydalanmaqla yanaşı, həm də qonşularını öz tərəfinə çəkməyə çalışır. Eyni zamanda Gürcüstanla da siyasi manevrlər etməyə cəhd göstərir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər