28.03.2024, 17:41
AZ EN
15.02.2023, 16:29 298

Yəzdilər haylaşdıqlarını sübut edirlər

YAZILAR

Erməni mətbuatına istinadən xəbər vermişdik ki, hayların parlamentində Türkiyəyə kömək etmək barədə müzakirə zamanı "Vətəndaş müqaviləsi" fraksiyasının üzvü, yəzid,77 yaşlı Knyaz Hasanov bunun əleyhinə olmuş, hətta dağıntılar altında qalan kürdləri türk adlandıraraq onların da xilas edilməsinə etiraz etmiş, buna görə spiker Alen Simonyandan belə bir replika da eşitmişdi ki, siz qeyri-müsəlman kürdüsünüz və Ermənistanda yaşayırsınız. Onda dediyinizdən belə çıxır ki, haylaşıbsınız. K.Hasanov yaşına yaraşmayan tərzdə gülümsəyərək başı ilə onun sözlərinə "bəli" demişdi. Bu günsə onun sədri olduğu Ermənistan kürd milli şurası BMT-nin İrəvandakı ofisinin qarşısında əli minlərlə dinc türkün və kürdün qanına batmış Abdulla Öcalanın həbs olunmasının 24 illiyi (?) ilə bağlı aksiya keçirib. K.Hasanov deyib: "...kürd xalqının lideri Öcalan türk həbsxanasında əzab çəkir". Buna qədərsə o, açıqlama vermişdi ki, Öcalan öz soydaşlarının xəyanəti nəticəsində türklərin əlinə keçmişdi. Mitinqçilər tələb ediblər ki, Öcalan ağır xəstə olduğuna görə azadlığa buraxılsın ki, heç olmasa qocalığını həbsxanada keçirməsin. "Hraparak" bununla bağlı günorta yaydığı xəbərin müəllifi Karen Martirosyandır.

Qeyd edək ki, Almaniyada Türkiyəyə göndərilməsi üçün müxtəlif xalqların topladıqları xeyli yardımın məhz öcalançılar tərəfindən yandırılaraq məhv edildiyi bildirilir. Bu da öc almaq deyil, sağlam düşüncədən məhrumluq - haybaşlıq, farsbaşlıqdır.

Nəsib

Oxşar xəbərlər