14.03.2025, 03:48
AZ EN
22.07.2024, 14:51 420

Azərbaycan inamlı və etibarlı bir dövlət kimi siyasi arenada özünü göstərir

YAZILAR
  • Prezident İlham Əliyevin yalan məlumatların  ifşaşı: deninformasiyaya qarşı mübarizə mövzusunda II Şuşa Qlobal Media Forumundakı çıxışı dünya mediasında böyük rezonansa səbəb olub. Məsələ burasıındaır ki, dövlət başçısı təkcə qlobal media və onun problemləri haqda deyil, yeni dünya düzəni, regional tarixi tranformasiyalar planetin gələcəyi barədə öz baxışlarını bölüşüb, dünyaya Azərbaycanın xoşməramlı ismarıclarını  çatdırıb.

Cəsarət, rusiyalı siyasi təhlilçi Aleksey Naumov Azərbaycan Prezidentinin müxtəlif dillərdə  saatlarla çəkən çıxışını və dünyanın ən mürəkkəb problemlərinə son dərəcə səmimi, amma siyasi mədəniyyət çərçivəsində verdiyi cavablarını belə xarakterizə edir. Doğrudan da, hazırkı siyasi turbaletlik dövründə Azərbaycan Liderinin dünya mediası ilə üç saatdan da çox çəkən görüşü ölkəmizin həm də dünyaya bir açılımı idi. Prezident 44 günlük Vətən müharibəsi zamanı, elə ondan sonrakı dövrlərdə də dəfələrlə dünyanın aparıcı KİV-ləri qarşısına çıxıb. Ölkəmizin haqq işini,  ümummilli mübarizəmizin mahiyyətini bəyan edib.  Azərbayanın illərlə qərəzli kampaniyalara məruz qaldığını,  yalnız noraativlərin qurbanı olduğunu bildirib. Dövlət başçısını elə Şuşada yalan məlumatların ifşası: dezinformasiyalara qarşı müzakirə mövzusunun müzakirə zamanı da çox da uzağa getmədi.

30 ilə yaxın işğal müddətində Azərbycanın acı təcrübəsini, yəni bəzi aparıcı KİV-lərin  ölkəmizlə bağlı bir mərkəzdən idarə olunan sistemli qarayaxma fəaliyyətini xatırlatdı. Dedi ki, erməni diasporunun, ermənipərəst siyasətçilərin təsiri altında olan bəzi media vasitələri Azərbaycana qarşı hücumlar edirdilər, yalnış noraativlər yayırdılar. Azərbaycanı reallıqdan çox uzaq bir şəkildə təqdim edirdilər. Eləcə də Qərb təşkilatlarında natamam, qeyri-dəqiq və manipuliyasiya edilmiş məlumatlar dərc olunurdu. Bəzən təəccüblənirdik, məyyus olurduq. Amma indi isə heç əhəmiyyət berə vermirik. Çünki Azərbaycanın tutduğu yol beynəlxalq prinsiplər və haqq yoludur. Azərbaycan Liderinin dünya mediası qarşısında bu cür çıxışları təbii ki, ölkəmizlə bağlı, onun  post-müharibə qayğıları, sülh gündəliyi barədə də əsl həqiqətlərin birinci şəxsdən əldə edilməsinə, Azərbaycana qarşı obyektiv beynəlxalq ictimai fikrin formalaşmasına da  şübhəsiz ki, geniş imkanlar yaradır.

“Azərbaycana bərabər hüquqlu tərəfdaş kimi münasibət sərgilənir. Eyni zamanda Azərbaycan uzun illər ərzində ölkəmiz ətrafında formalaşan noraativlərə də  son qoydu”. Bu fikirləri politoloq İlyas Hüseynov açıqlamasında ifadə edib.  Politoloq qeyd edib ki, siyasi, iqtisadi, təhlükəsizlik sahəsində ölkəmizə qarşı manipulyasiyalar aradan qaldırılır və həqiqətlər üzə çıxır: “Bunun üçün  Əlbəttə, Azərbaycan diplomatiyası Azərbaycan Prezidenti cənab İlham Əliyev öz müsahibələri ilə, açıqlamaları ilə, bəyanatları ilə  yeni bir siyasi gündəlik formalaşdırır.  Eyni zamanda Azərbaycanın qlobal Şimal və qlobal  Cənub arasında bağlayıcı bir dövlət kimi çıxış etməsi, COP29 tədbirinin bu il ölkəmizdə  keçirilməsi və Azərbaycanın iqlim dəyişikliklərinə  verdiyi diqqət, eləcə də töhfə, ölkəmiz haqqında müsbət rəylərin daha da genişlənməsinə xidmət edir”.

Azərbaycan Prezidenti ölkəmizin regiona və  ümumilikdə dünyaya baxışını şərh edərkən bildirdi ki, hazırda  Cənubi Qafqaz regionunda tarixi transformasiyanın şahidiyik. Tarixi geosiyasi dəyişikliklər baş verir. Dünyada  Ənənəvi ittifaqlar getdikcə zəifləyir və əvəzinə yeni əməkdaşlıq formatları meydana gəlir. Odur ki, daşlaşmış serotiplərlə, mifik irruziyalarla  deyil, Azərbaycan öz gələcəyini məhz dünyada gedən həmi yeni trentlərə uyğun, praqmatik və uzağa hesablanmış strategiyalarla qurur.

Politoloq daha sonra əlavə edib ki, Azərbaycan həm Avropa ittifaqının enerji təhlükəsizliyində mühüm rol oynayır, həm də Şərqlə münasibətlərini daha da genişləndirir: “Yeni regonal və beynəlxalq formasiyalarda , yeni müstəvilərdə də iştirak edir. Çinlə imzalanan strateji tərəfdaşlıq haqqında sənəd, Pakistanla  münasibətlərin dərinləşməsi, türk dünyası ilə əlaqələrin  daha da genişlənməsi istiqamətində atılan addımlar ölkəmizin  daha da dayanıqlı olmasına  xidmət edir. Beləliklə, hibrit müstəvidə,  informasiya müharibəsi müstəvisində Azərbaycanın  mövqeləri daha da güclənir və Azərbaycanın hazırkı formalaşan, dizayn olunan  yeni dünya düzənində mövqeyi daha da dayanıqlı olur. Azərbaycan inamlı və etibarlı bir dövlət kimi siyasi arenada özünü göstərir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR