21.11.2024, 16:22
AZ EN
03.04.2023, 14:05 207

Paşinyanın oğluna hücum edilib

YAZILAR
  • Son günlər Ermənistan parlamentinin üzvlərinin bir-biri ilə yumruq davasına çıxması halları çoxalıb. Bunu parlamentin sədri Alen Simonyan bu gün öz FB səhifəsində də etiraf edib.

O, yazıb ki,"dünən Aşot Paşinyan da hücuma məruz qalıb.  Üç gün əvvəl "daşnaksütyun"dan deputat parlamentin dövlət-hüquq məsələləri üzrə daimi komissiyanın sədri Vladimir Vartanyana hücum edib, sonra isə dovşan kimi qaçıb....

Dünən isə Ermənistan respublikasının baş nazirinin oğluna hücum edilib. "Bu təşkil olunmuş təxribatdır və bunun izləri ölkəmizin sərhədlərindən kənara gedib çıxır"- deyə spiker əlavə edib.

Bu olaydan bəhs edən xəbərlərdə görünən odur ki, haylar bir-birini söyəndə və döyəndə də bizi günahkar hesab edirlər.

Nəsib

Oxşar xəbərlər