10.03.2025, 05:14
AZ EN
10.07.2023, 14:53 430

Ədalət Verdiyev: "Moskvanın Azərbaycan ərazisində baş verənlərdən narahat olması, Azərbaycanı qətiyyən narahat etmir"

YAZILAR

Hərbi ekspert Ədalət Verdiyev yazır:

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova:

“Moskva atəşkəs rejiminin pozulması və Laçın dəhlizinin blokadasının artması hallarından son dərəcə narahatdır".

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov:

“Son iki il yarım ərzində Azərbaycan onlarla, yüzlərlə, hətta minlərlə müxtəlif çağırışlar eşidib. Azərbaycan dövlətinin məsələlərin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə öz baxışı var. Biz öz siyasətimizi kiminsə çağırışlarını rəhbər tutaraq deyil, milli maraqlarımıza əsaslanaraq aparırıq. Əminik ki, bu siyasət müsbət nəticələr verəcək”.

Bu o deməkdir ki, Moskvanın Azərbaycan ərazisində baş verənlərdən narahat olması, Azərbaycanı qətiyyən narahat etmir:" "Gedin öz işlərinizlə məşğul olun",- deyə ekspert vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər