22.11.2024, 08:18
AZ EN
26.03.2022, 15:00 218

"İƏT-in qətnaməsi Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsinin göstəricisidir"

YAZILAR

"İslam Əməkdaşlıq Təşkilatının 4 yeni qətnamə qəbul etməsi Azərbaycanın haqlı mövqeyini dəstəklənməsinin göstəricisidir". Milli Məclisin deputatı Sədaqət Vəliyeva belə deyib.

Onun sözlərinə görə, mürəkkəb və qeyri-sabit geostrateji proseslərin cərəyan etdiyi dövrdə Azərbaycan dünya ölkələri ilə yanaşı, beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir, mövcud əlaqələri daha dərinləşdirir, bir sıra əhəmiyyətli layihələr reallaşdırır: "Ölkəmizin uzun müddət yüksək səviyyədə əməkdaşlıq etdiyi təşkilatlardan biri də İslam Əməkdaşlıq Təşkilatıdır. İslam Əməkdaşlıq Təşkilatı hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Təşkilatın Xarici İşlər Nazirləri Şurasının “Birlik, ədalət və inkişaf naminə tərəfdaşlığın qurulması” mövzusunda keçirilən sessiyasında Ermənistanın təcavüzü və Xocalı soyqırımı ilə bağlı 4 yeni qətnamənin qəbul edilməsi ölkəmizin növbəti diplomatik uğuru olmaqla yanaşı xüsusi əhəmiyyətə malikdir”. ("Report")

Deputat bildirib ki, qəbul edilən qətnamələr Ermənistanın Azərbaycana qarşı təcavüzkar və işğalçılıq siyasətinin dünya ictimaiyyətinə çatdırılmasında, saxta erməni təbliğatının qarşısının alınmasında böyük rol oynayacaq: "Bu qətnamələr beynəlxalq miqyasda Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsinin və ölkəmizin İslam dünyasındakı nüfuzunun göstəricisidir. Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik xarici və diplomatik siyasətin nəticəsidir”.

Oxşar xəbərlər

SON XƏBƏRLƏR