"Bu gün Qarabağ üçün tarixi günlərdən biridir. Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilir. Bu reinteqrasiyanın başlanğıcıdır". Bunu Vüqar Bayramov açıqlamasında ifadə edib. Deputat qeyd edib ki, açılan yeni səhifə yalnız Qarabağ üçün deyil, bütövlükdə Qafqaz üçün sülh və sabitlik gətirə bilər:
"44 günlük Vətən Müharibəsində ərazi bütövlüyünü bərpa edən Azərbaycan 24 saatlıq anti-terror əməliyyatlarından sonra Qarabağda suveren hüquqlarını tam formalaşdırır. Bu artıq yeni mərhələ, yeni çağrışlardır. Regiondakı yeni düzən Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirməkdədir",- deyə V.Bayramov bildirib.
Hazırladı: Tahirə AĞAMİRZƏ