Bu birlik indi yeni hiyləgərliyə əl atıb. Onlar beynəlxalq təşkilatlara məktub ünvanlayaraq bildiriblər ki, birinci dünya müharibəsində xeyli hay Osmanlıdan həm də Suriyaya sürgün edilib. Onların Türkiyəyə qaytarılması guya beynəlxalq qanunlarla tənzimlənməlidir. Bundan əlavə bildirilib ki, yüzlərlə hay ailəsi Suriyada müharibə başlayarkən Ermənistana gəlib və onların xeyli hissəsi Qarabağda yerləşdirilmişdi. Amma həmin ailələr də indi Ermənistandadır və onların Suriyada məskunlaşması vacibdir. Əlbəttə, bunun belə olması beynəlxalq qanunlara uyğundur. Amma haylar öz gözlərindəki tiri görmürlər. Əgər görsə və dərk etsə idilər yüz illərlə azərbaycanlının öz ata-baba yurdlarından qovulmasına da münasibət bildirib geri qayıtmalarını istəyərdilər.
Daha bir hay hiyləgərliyi də ondan ibarətdir ki, Suriyada vəziyyətin stabilləşməsinə hayların da qatılmasını arzulamasıdır. Bu isə əlbəttə, mümkün deyil.
Suriyadakı hayların təhlükəsizliyi üçün xüsusi qərar qəbul olunmasının tələb edilməsi isə hayların həm köhnə, həm də yeni hiyləgərliyindən başqa bir şey deyil. Bu həm də gülüş yaradan tələbdir.
N.Qaramanlı