O, bildirib ki, bu gün Milli Məclisdə keçirilən müzakirələrdə bu məsələ ilə bağlı müvafiq qurum tərəfindən izahat verilməsini istədim və güman edirəm ki, yaxın günlərdə rəsmi əsaslandırma təqdim olunar.
Qeyd edim ki, palata bu məsələdə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına” istinad edib: "Bununla yanaşı, cənab Prezident həm minimum əmək haqqı, həm də minimum pensiyanın artırılması barədə göstəriş verib və profil nazirliklər tərəfindən də bu istiqamətlərdə işlər həyata keçirilməkdədir.
Bu məsələ ilə bağlı mətbuat tərəfindən çoxlu suallar ünvanlandığını nəzərə alaraq qeyd etmək istədim ki, həm minimum əmək haqqı, həm də minimum pensiya məbləğləri cənab Prezidentin imzaladığı fərmanlar ilə artırılır. Yəni, hər hansı strateji sənədlərdə minimum əmək haqqı və minimum pensiya məbləğləri proqnozlaşdırılsa da qərarlar dövlət başçısı tərəfindən qəbul olunur. Deməli, həm minimum əmək haqqı, həm də minimum pensiya ilə bağlı konkret məbləğlər sənədlər imzalananda bəlli olacaq. Strategiyaya istinad heç də konkret məbləğlər anlamına gələ bilməz.
Qeyd edim ki, Milli Məclisdə keçirilən iclasda bildirdim ki, “minimum pensiya və minimum əməkhaqqının artırılması ilə bağlı göstəriş var. Buna uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təkliflərin hazırlanması həyata keçirilib. Sualım bundan ibarətdir ki, cənab Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə göstərişlər olduğu halda rəydə Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına istinad nə dərəcədə doğrudur? Əgər istinad olunursa, orada dövlət başçısı tərəfindən göstərişin olmasının qeyd olunmasına ehtiyac var idi ki, bu mətbuatda fərqli yanaşmaların olmasına gətirib çıxarmasın”.
Tahirə AĞAMİRZƏ