Müəllif Serop Marutyan qeyd edir ki, bu günlərdə bütün ermənilərin katalikosu Qaregin B. dünyadakı dini mərkəzlərə müraciət ünvanlayaraq, azərbaycanlıların "arsax" xristianlarını guya blokadada saxlayıb, onları humanitar fəlakət qarşısında qoyduqlarını bildirib. Katalikos idda edib ki, Rusiya sülhməramlıları öz missiyalarını, Rusiya Federasiyası isə götürdüyü öhdəlikləri yerinə yetirmir. Qaregin isə Rusiyanın dini rəhbərliyinə dəfələrlə müraciət edərək Moskvanı, şəxsən V.Putini "yuxudan ayılmağa" səsləyərək "arsax xalqını fəlakətdən, gözlənilən yeni soyqırımından" qorumağa çağırıb, amma müsbət reaksiya almayıb. "Bütün bunlardan sonra Qaregin B. bu ilin noyabrında Putin tərəfindən təltif olunduğu "Şərəf nişanı" ordenini geri qaytarmaq barədə qərar qəbul etsə, haqlıdır", - deyə müxbir Azərbaycanın ünvanına səsləndirdiyi ittihamlara görə katalikosun cəmiyyətdə hörmət qazandığını da həyasızcasına qeyd edir və Putinin bütün ermənilərə cavab verəcəyini səbrsizliklə gözlədiyini bildirir.
Məhz elə bu məqamda bir el məsəlimiz yada düşür...
NƏSİB