18.04.2025, 16:02
AZ EN
08.12.2022, 16:46 482

Leyla Abdullayeva Fransanı və Ermənistanı titrədir

YAZILAR

Xankəndidəki separatçı rejimin başçısı, Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə görə beynəlxalq axtarışda olan Araik Harutunyanın bu günlərdə Fransada öz ağaları ilə görüşüb yeni təlimatlar aldırdıqdan sonra “France24" telekanalına müsahibə verməsi və Azərbaycanın ünvanına növbəti ittihamlar səsləndirməsi ölkəmizin Fransadakı səfiri, xalqımız tərəfindən həmişə rəğbətlə qarşılanan Leyla Abdullayevanın kəskin reaksiyası ilə qarşılanıb. Leyla xanım özünün «Twitter» səhifəsində Fransanın Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı çıxması ilə bağlı paylaşım etməklə həm də erməni KİV-lərinin dekabrın 8-də yaydıqları xəbərlərə görə, Fransa hökumətinə, xarici işlər nazirliyinə və “France24" telekanalına məktub göndərərək Azərbaycanın haqlı mövqeyini açıqlayıb və bir daha belə hallara yol verilməməsinin önəmini vurğulayıb. Erməni KİV-ləri həm Fransa, həm də Ermənistanda Leyla xanımın fəaliyyətinin daim maraq çərçivəsində olduğunu dabildiriblər. Bununla bağlı yazılmış şərhlərin birində isə qeyd olunur ki, Leyla Abdullayeva gənc olsa da, erməni diplomatlarından fərqli olaraq öz pəşəkarlığı ilə dövlətinə daha çox xidmət edir.

Nəsib QARAMANLI

Oxşar xəbərlər