16.03.2025, 00:29
AZ EN
25.02.2025, 12:15 232

Baş redaktor baş naziri yenə yalançı adlandırıb

YAZILAR
  • Hayastan mətbuatında öz yaradıcılıq üslubu ilə seçilən "Hraparak"ın  baş redaktoru Armine Ohanyan rəhbərlik etdiyi agentliyin bu günkü paylaşımında da, sabiq iş yoldaşı, indiki  baş nazir Nikol Paşinyanın ünvanına, özü vurğuladığı kimi, dəqiq faktlardan yaranan tənqid ünvanlayıb.

Armine yazıb ki, 2020-ci il noyabrın 18-də xalqa müraciət edərək 6 ay ərzində bütün problemlərin həll edilməsi üçün 15 bənddən ibarət xüsusi proqram hazırlandığını, sözügedən proqramda itkin düşənlərin tapılacağını, 44 günlük müharibədə əsir alınanların qaytarılacağı, Minsk qrupunun vasitəsi ilə "arsax" məsələsini yoluna qoyacağını vəd edən baş nazir sonrakı fəaliyyəti ilə nəinki hansısa problemi həll etdi, əksinə Qarabağdan hayların  köçüb gəlməsinə, bununla da ölkədə əlavə iqtisadi və siyasi problemlər yaranmasına səbəb oldu. Baş redaktor sonda oxucularına müraciət edərək soruşur ki, indi siz deyin, sadaladıqlarımda az da olsa yalan varmı?

Paşinyan unutsa da heç kəs heç nəyi unutmayıb deyən baş redaktor erməni ordusunda islahat adı altında korrupsiyanın getdikcə dərinləşdiyin də vurğulayıb.

N.Qaramanlı

Oxşar xəbərlər