Bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov deyib.
Polkovnik qeyd edib ki, 907-ci düzəlişin dondurulması ABŞ ilə Azərbaycan arasında əməkdaşlığın sağlam təməllər üzərində inkişafı baxımından mühüm rol oynayır: “Heç kimə sirr deyil ki, son vaxtlar ABŞ-Azərbaycan münasibətləri həm forma, həm də mahiyyət etibarilə yeni mərhələyə qədəm qoyub. Proseslərin gedişatı sübut edir ki, Azərbaycan Prezidenti Vətən müharibəsində olduğu kimi Ağ Evlə münasibətlərdə də tarix yazmağı bacarıb. ABŞ Prezidenti Donald Tramp açıq şəkildə Prezident İlham Əliyevə inam və etimadını ifadə edir, Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini göstərir. 907-ci düzəlişin birdəfəlik ləğvi həmin əməkdaşlığın daha da inkişafına, yeni mərhələyə qədəm qoymasına səbəb olacaq. Şübhəsiz ki, bu, həm ABŞ-ın, həm də Azərbaycanın maraqlarına uyğundur”. (AZƏRTAC)