Serj Sarkisyanın tərəfdarlarından ibarət olan "Şərəfim var" fraksiyasının üzvü Hayk Mamicanyan "Lurer.com" a bildirib ki, Ermənistan "arsaxın" təhlükəsizliyinə zəmanət verməlidir və bunun üçün müvafiq qanun da var. Amma iki ildir ki, hakimiyyət öz öhdəliyini yerinə yetirməməklə yanaşı həm də "arsaxın" Azərbaycan ərazisi olduğunu bildirib. Belə olduğu halda vaxtilə zəmanət barədə qəbul edilən qanun öz qüvvəsini itirmiş hesab edilir.
Müxalif deputat əlavə edib ki, Paşinyan hakimiyyəti Ermənistanın maraqlarını deyil, Azərbaycanın ultimatumlarini yerinə yetirməklə məşğuldur. Hakimiyyət rəsmilərini ikiüzlülük etməkdə suçlandıran müxalif deputat sülh danışıqlarından heç bir müsbət nəticə gözləmədiyini də qabardıb.
N.Qaramanlı