“Hraparak” onlayn qəzetinin 20 oktyabr tarixli sayında xəbər verilir ki, bu gün İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullaian İrəvana rəsmi səfərə gələcək və saat 18-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla öncə təkbətək, sonra isə geniş tərkibdə görüşü olacaqdır. Görüşdən sonra hər iki nazir mətbuata açıqlama verəcək. İranın baş diplomatı Nikol Paşinyan və spiker Alen Simonyanla da görüşəcəkdir. Oktyabrın 21-də isə Ararat Mirzoyanla Hüseyn Əmir Abdullahian Qafana gedib orada İranın baş konsulluğunun açılması ilə bağlı tədbirdə iştirak edəcəklər.
Ermənilərin bu olaydan sevinəcəklərini də qeyd edən qəzet özünün P.S. əlavəsində yazıb ki, görəsən, “iranlı nazir ziyafət zamanı Ararat Mirzoyanın xətrinə “Ararat” konyakının heç olmasa dadına baxacaqmı”?
N.QARAMANLI