18.06.2025, 07:33
AZ EN
08.09.2023, 14:04 446

Prezident İlham Əliyevin milli birlik və vətəndaş həmrəyliyi ətrafında birləşdirdiyi xalqı nə indi, nə də gələcəkdə sarsıtmaq mümkün deyil

YAZILAR
  • İkinci Qarabağ müharibəsində qazanılmış parlaq qələbə Prezident İlham Əliyevin milli ideologiyaya və iqtisadiyyata apardığı siyasi xətti xalqın milli iradəsinin, birliyinin möhtəşəm təntənəsidir. Böyük zəfərimizi şərtləndirən milli birlik və möhtəşəm  həmrəylik tariximizə ekuskurs edək.

Dünya hərb tarixi məşhur döyüşlərin təhlili danılmaz bir həqiqəti ortaya çıxarıb. Döyüşən xalqın iradəsi, əzmi, düşmənə nifrəti, Vətənə məhəbbəti sonsuzdursa və onu döyüşə aparacaq cəngavər ruhlu sərkərdəsi varsa, qələbə də mütləq onun olacaq. 2020-ci ilin sentyabrında düşmən təxribatlarına cavab olaraq başlanan hərbi əməliyyatlar da  müharibələr tarixindəki həqiqəti bir daha təsdiqləmiş oldu. Əslində Azərbaycan Prezidenti İlham Əliyev bu reallığı çoxdan qəbul etmişdi. Ona görə də beynəlxalq hüquq və sülhün yerini güc amilinin tutduğu hazırkı dünyaya uyğun yeni strategiya müəyyənləşdirdi, ordunu, xalqı buna doğru apardı:

“Biz yaxşı bilirik bir çox hallarda dünyada beynəlxalq hüquq normaları işləmir. Kim güclüdür, o da haqlıdır. Güc amili önəm qazandı və bu reallıqdır. Bu reallıq bir daha onu göstərir ki,  bizim ordu quruculuğu ilə bağlı apardığımız siyasət yeganə düzgün siyasətdir”.

Otuz illik nəticəsiz sülh danışıqlarına şahidlik edən Azərbaycan xalqı da  yaxşı bilirdi ki, düşmən öz xoşuna getməyəcək. Ona görə də könüllü olaraq xalq döyüşünə qoşuldu. Kim necə bacardısa, elə də döyüşdü. Heç kim geri çəkilmədi. Kimi canını, kimi malını fəda etdi. Kim də öz təqaüdünü ordunun büdcəsinə ianə etməklə qələbəyə dəstək verdi. Çünki xalq yaxşı bilirdi ki, bu onun savaşıdır, bu onun ordusudur. Müzəffər Ali Baş Komandanı, sıravi əsgərləri və şəhid generalları ilə. Əslində xalq çoxdan döyüşə hazır idi. Sadəcə öz sərkərdəsini, onu uğura aparacaq dəmir iradəli və dəmir yumruqlu Liderini gözləyirdi. O lideri ki, 7-dən 77-dək hamını öz ətrafında birləşdirə bildi. Böyük zəfəri şərtləndirən milli birliklə möhtəşəm həmrəylik tarixi yazdı. Xalqı təkcə fiziki deyil, mənəvi, psixoloji  cəhətdən də səfərbər etdi. Öz gücünə, ruhuna inam hissini geri qaytardı. Ona görə də xalq təkcə cəbhədə döyüşmədi, elə informasiya, təbliğat, təşviqat cəhbəsində də düşmənə gerçək  savaş, dərs verdi. Əsl vətəndaş mövqeyi göstərdi. Evi dağılanda da, körpələri uçqunlar altında qalanda da, “yalnız irəli, irəli, təki əsgərimizə heç nə olmasın, ordumuz var olsun!,- dedi.

O zamanlar məğlum düşmən və havadarları  ideologiya sahəsində də yalan-böhtan xarakterli informasiyalar yayır, havadarlarını köməyə səsləyirdi.

“İdeologiya sahəsində də Azərbaycana böyük hücumlar edilirdi. Milli, etnik ayrıseçkiliyin  dərinləşməsi, digər separatçı bölgələrin formalaşdırılmasının şahidi olduq. Multikulturalizmi, tolerantlıq və Azərbaycan xalqının genində olan  hər gərgin durumda birləşmək, həmrəylik nümayiş etdirmək, ordu və Ali Baş Komandan ətrafında sıx, milli davamızı həyata keçirmək prosesi icra olundu. Əlbəttə ki, bu tarixi qələbədə bütün dünya azərbaycanlıları vahid yumruq kimi birləşdilər”. Bu fikirləri politoloq İlyas Hüseynov AzTV-yə açıqlamasında səsləndirib.

Düşmən Azərbaycanda milli azlıqlar arasında  təxribata cəhd etsə də, burda da soykökündən, dini əqidəsindən asılı olmayan insanların vətən məhəbbəti, dövlətə etibarı qarşısında  geri çəkilməli oldu.

Azərbaycan xalqı düşmənə yerini göstərdi və başa saldı ki, Prezident İlham Əliyevin  mili birlik və vətəndaş həmrəyliyi ətrafında birləşdirdiyi cəmiyyəti sarsıtmaq mümkün deyil. Nə indi, nə də gələcəkdə.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər