Lakin İran prezidenti Məsud Pezeşkianın Bakıya səfəri münasibətlərdə yeni bir səhifənin açılacağından xəbər verir. Pezeşkianın geniş nümayəndə heyəti, xüsusilə böyük biznesmenlərin müşayiəti ilə Azərbaycana gəlməsi iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönələn ciddi bir niyyətin göstəricisidir".
Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Millət vəkili bildirib ki, bu səfər, qarşılıqlı ticarət dövriyyəsinin artırılması, birgə investisiya layihələrinin həyata keçirilməsi və sərmayə mühitinin yaxşılaşdırılması istiqamətində konkret addımların atılacağı ehtimalını gücləndirir.
Səfər təkcə iqtisadi sferada deyil, mədəniyyət və təhsil sahələrində də yenidən yaxınlaşmanın başlanğıcı olacaq. Bu isə ikitərəfli əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir:
"İki xalq arasında tarixi, dini və mədəni bağların dərin kökləri var və bu potensial bu günə kimi tam istifadə olunmayıb. Pezeşkianın siyasətində milli azlıqlara daha mülayim yanaşmanın olması gözləntisi, İranın Azərbaycanla mədəni və humanitar əməkdaşlıqda da daha konstruktiv xətt izləyəcəyini düşünməyə əsas verir. Bu da öz növbəsində münasibətlərin normallaşması prosesinə öz müsbət töhfəsini verəcək.
Məsud Pezeşkianın Bakıya səfəri İran-Azərbaycan münasibətlərində “yumşalma” dövrünün başlanğıcı hesab edilə bilər. Sənədlər əlaqələrin inkişafına öz töhfəsini verəcək. İmzalanan sənədlər bir daha göstərir ki, münasibətlər möhkəmlənəcək və yeni mərhələyə daxil olacaq
Əgər bu səfər real nəticələrlə müşayiət olunsa, iki ölkə arasında uzun müddətdir yığılıb qalan problemlərin həlli istiqamətində mühüm bir mərhələ yaşanacaq. Həm siyasi dialoqun canlanması, həm də iqtisadi və mədəni inteqrasiyanın artması regionda sabitliyə və rifaha müsbət təsir göstərə bilər.
Sonda qeyd edək ki, dünyada və regionda baş verən mürəkkəb geosiyasi hadisələr fonunda səfərin və münasibətlərin normallaşması hər iki ölkənin dövlət maraqlarına tam uyğundur".
Tahirə AĞAMİRZƏ