Ekspert vurğulayıb ki, Ermənistan bu gün bir çox ölkələrdən silah dilənməklə məşğuldur: “Lakin Fransa, Hindistan və Yunanıstandan başqa kimsə Ermənistan tərəfindən silah alınması ilə bağlı verilən təkliflərə müsbət reaksiya vermir.
Digər tərəfdən isə Ermənistan 4-cü ildir ki, üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirməyib. Bu günə qədər də Azərbaycanın 8 kəndində erməni silahlıları mövcuddur və onların çıxarılmasına dair danışıqlar getsə də heç bir praktik addım atılmayıb”.
30 illik işğal tarixinə malik Ermənistanın təkrar silahlanması, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, hərdən isə atəşkəsi də kobud surətdə pozaraq Azərbaycan əsgərinin həyatına və sağlamlığına təhdidlər yaratmasına diqqət çəkən Ə.Verdiyev qeyd edib ki, bu şərti dövlət sərhədində toqquşma riskini kifayət qədər artırır: "Belə olan halda Ermənistan tərəfi Azərbaycanın tələblərini və imzaladığı birgə bəyanatın şərtlərini yerinə yetirməyəcəyi təqdirdə, o cümlədən Azərbaycanın Naxçıvanla maneəsiz əlaqəsini təmin etməyəcəyi təqdirdə təbii ki, Azərbaycan bu şərtləri Ermənistana danışıqlar prosesindən kənar bir metodla qəbul etdirmək hüququna malikdir.
Fərari ordusuna malik döyülmüş və söyülmüş Ermənistan sülhü təhdid etmək əvəzinə üzərinə götürdüyü öhdəlikləri xüsusilə də delimitasiya prosesinə Azərbaycanın işğal altındakı kəndlərinin qaytarılmasına və Zəngəzur dəhlizinin açılmasına dair əməli addımlar atmalıdır. Əks halda bu proseslər Ermənistana növbəti sarsıntılar gətirə bilər”,- deyə ekspert fikrini ifadə edib.
Tahirə AĞAMİRZƏ