"Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyan bu gün Moskavda Rusiya XİN başçısı Sergey Lavrovun iştirakı ilə münasibətlərin bu günü və gələcəyi ilə bağlı müzakirəyə başlayıblar. 4 Günlük Vaşinqton görüşündən sonra müəyyən dərəcədə nəticəyə ümidlər yaranmışdır".
Bunu "Vetensesi.az"a açıqlamasında politoloq Samir Hümbətov bildirib. O, vurğulayıb ki, amma görüşün keçrildiyi vaxtda Azərbaycanın Qarabağ bölgəsində hələ də mövcud olan separatçılara Rusiya "sülhməramlıları"nın dəstəyi ilə yenidən silah-sursat göndərilməsi ilə bağlı yayılan video kadrlardan aydın olur ki, Rusiya Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməməsi və yaxud da onun maraqlarına uyğun olaraq əldə edilməsi fikrindəyəm: "Ona görə də, təəssüflə demək olar ki, bu gün reallaşan Moskva görüşü ilə bağlı nikbin nəticə gözləmək əbəs ola bilər",- deyə politoloq vurğulayıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ