19.04.2025, 03:40
AZ EN
06.03.2023, 14:15 570

Erməni silahlılarının təmizlənməsinə başlamaq üçün hüquqi əsasımız var

YAZILAR
  • Bu, çoxlarına bəllidir ki, Qarabağdakı separatçı rejim, terrorçu silahlı dəstələr Xankəndi-Laçın yolundan heç də asılı deyil. Bu barədə isə Ruben Vardanyan özü xarici mediaya müsahibəsində “bizim həyat yolumuz var”,-demişdi.

Martın 5-də baş verən hadisələr bir daha təsdiqlədi ki, separatçı-terrorçu rejim Xankəndi-Turşsu marşrutu üzrə istədikləri yükləri, o cümlədən silah-sursat avadanlıqlarını daşıyıblar.

“İlk dəfə deyil ki, biz Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdəki erməni təxribatlarına reaksiya vermədiyinin şahidi oluruq. Dəfələrlə belə hadisə baş verib və artıq bizi heç nə təəccübləndirmir".Bu sözləri mətbuata açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Hərbi ekspert Turşsu-Xəlfəli yolunda baş verən insidentdən, habelə bölgədə müvəqqəti fəaliyyət göstərən Rusiya sülhməramlı kontingentinin hadisəyə laqeyd münasibətindən söz açaraq qeyd edib ki, martın 5-də baş verən insident artıq Azərbaycan tərəfinin səbrini daşırdı: “Azərbaycan tərəfinə, Azərbaycan ərazilərinə atəş açılması qətiyyən qəbul ediləcək bir  məsələ deyil. Növbəti atəşkəsin posulması və Azərbaycan tərəfindən iktilərin  olması Azərbaycanın paralel olaraq, yəni, həm  Laçın ərazisində adıçəkilən sərhəd-buraxılış məntəqəsini inşa etmək, həm də Qarabağ ərazisində erməni silahlılarının təmizlənməsi prosesinə başlamaq üçün bütün hüquqi əsasları verir”.

O, əlavə edib ki, yaxın günlərdə biz Azərbaycan-Ermənistan şərti sərhədində - Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin quraşdılacağının şahidi olacağıq. Çünki erməni silahlılarının təchizatı üçün zəruri olan silah-sursat, texnika və şəxsi heyətin daşınması məhz bu yolla təmin edilir. Ona görə də buraxılış məntəqəsi mütləq inşa ediləcək”. 

Azərbaycanın yeni antiterror əməliyyatı keçirə bilməsi ehtimalından söz açan hərbi ekspert  əlavə edib ki, ikinci bir məsələ isə erməni silahlılarının bölgədən təmizlənməsinə aiddir. Bunun üçün isə Azərbaycan 1 həftə vaxt qoymalıdır ki, Rusiya sülhməramlıları bu müddət ərzində ərazinin erməni silahlılarından tam təmizlənməsini başa çatdırmalıdır. Əks halda, Azərbaycan tərəfi filan ayın dəqiq tarixini qeyd edərək əməliyyatın başlanılacağı nöqtəni göstərməklə bunu sülhməramlıların nəzarətinə çatdırmalıdır: Əməliyyatın başlanması üçün Ağdərə istiqamətindən başlayıb ərazilərimizin hamısını erməni silahlılarından təmizləyə bilərik. 

Ekspertin dediyinə görə, bunun üçün kifayət qədər imkan, güc və potensiala malikik: “Sadəcə, biz proseslərin daha az qan tökülməsi ilə müşayiət olunmasının tərəfdarıyıq. Amma göründüyü kimi, erməni tərəfi tərxibatlarından əl çəkmir və bu da Azərbaycana başqa çıxış yolu imkamı vermir”. 

Rusiya sülhməramlılarının “ölüm səssizliyi”nə də  toxunan hərbi ekspert vurğulayıb ki, onlar öz vəzifələrinə məsuliyyətsiz yanaşırlar: “O ki, qaldı Rusiyanın səssiz qalmasına, Rusiya Qarabağda uzun müddət ləngimək üçün kifayət qədər çoxsaylı addımlar atıb. İndiyə qədər erməni mövqelərinin inşa edilməsi və ərazilərimizə silah-sursat və minaların daşınması Rusiya sülhməramlılarının gözü qarşısında baş verib. Əgər onlar münaqişənin sona çatmasında və 5 il müddətində ərazini tərk etmək niyyətində olsaydılar, Kəlbəcər, Ağdam və Laçından olduğu kimi, digər ərazilərimizdən də qanunsuz erməni silahlılarını dərhal çıxarardılar. Amma görünən odur ki, sülhməramlılar öz vəzifələrinin yerinə yetirilməsinə ən yumşaq şəkildə məsuliyyətsiz yanaşırlar. Bu isə Azərbaycan tərəfindən qəbul edilən deyil və edilməyəcək. Çünki bizim onlar qədər gözləməyə vaxtımız və səbrimiz yoxdur",-deyə hərbi ekspert sözünü bitirib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR