01.12.2024, 21:23
AZ EN
07.06.2023, 15:20 229

Keşişlər diplomatlıq arzusundadır

YAZILAR
  • Ermənistanın baş naziri Nikol Paşinyanın xüsusilə Azərbaycanla bağlı  siyasətini bəyənməyən və müxtəlif tədbirlərdə özlərini peşəkar diplomat kimi göstərməyə çalışan bir qrup erməni din xadimi Roma katolik kilsəsinin fransız kökənli kardinal Mateo Zuipun sülhməramlı məqsədlə dünən Ukraynanın paytaxtı Kiyevə səfər etməsindən sonra yeni fikrə düşüblər.

"Hraparak"ın müxbiri Serop Maturyan  ruhanilərlə söhbəti zamanı aydınlaşdırıb ki, erməni din xadimləri bu humanitar fəaliyyətin öz işlərində də tətbiq edilməsinə dair təşəbbüs göstərəcək və Azərbaycanın yüksək dərəcəli din xadimləri ilə görüşüb bəzi məsələlərin həllinə çalışacaqlar. Müəllif xatırladır ki, Azərbaycanda da din dövlətdən ayrıdır və heç bir din xadiminin hansısa siyasi məsələni müzakirə etmək səlahiyyəti yoxdur.

Xatırladaq ki, bütün  ermənilərin katolikosu İkinci Qaregin üç il öncə öz çıxışında bölgədəki din xadimlərinin bir araya gələrək "mehriban qonşuluq" barədə təşəbbüslə çıxış etdikdən iki gün sonra ermənilər Tovuzda yeni təxribat ssenarisini həyata keçirmək istəmiş, müdafiə naziri David Tonoyan isə "yeni ərazilər uğrunda yeni müharibə" tezisini həyata keçəcəklərini bəyan etmişdi. Bu baxımdan Azərbaycanın din xadimlərinin erməni keşişlərlə həll edəcəyi heç bir məsələ yoxdur və olmayacaq da! O ki, qaldı erməni keşişlərin diplomatik fəndlər işlətməsinə, bu,  tarixin arxivinə çoxdan atılıb.

Nəsib

Oxşar xəbərlər